Yuxarı

“Qarabağ” Avropada 5 klubdan biri oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ” Avropada 5 klubdan biri oldu

Avropanın futbol üzrə yüksək dəstələrində yüzfaizlik nəticəyə malik komandaların sayı 5-ə enib.

Report-un məlumatına görə, bu, “İnter”in İtaliya A Seriyasının VII turunda evdə “Yuventus”a 1:2 hesablı məğlubiyyətindən sonra baş verib. Hazırda milli çempionatlarda bütün oyunlarda qalib gələn kollektivlər arasında “Qarabağ” da var. Premyer Liqada ardıcıl 7 qələbə qazanan Ağdam təmsilçisi 21 xalla vahid liderdir.

Bundan başqa, Ukraynada “Şaxtyor” 10, İngiltərədə isə “Liverpul” 8 matçda qalib gəlməklə, turnir cədvəlinə başçılıq edir.

Avropa Liqasında “Qarabağ”la eyni qrupda yer alan Kipr təmsilçisi APOEL isə bütün görüşlərdən zəfərlə ayrılsa da, milli çempionatda zirvədə qərarlaşımayıb. Səbəb avrokubok matçları ilə əlaqədar nikosiyalıların 3 qarşılaşmasının təxirə salınmasıdır. Ona görə də APOEL hazırda 6 xalla 8-ci sıradadır.

“Tre Penne” isə San Marinoda keçirdiyi hər 3 oyunda qalib gəlib. Həvəskar status daşıyan çempionatda B qrupunda yer alan komanda hazırda liderdir.

Qeyd edək ki, “Qarabağ” Azərbaycan Premyer Liqasında son 6 mövsümün qalibi olub. 1992-ci ildən keçirilən ölkə çempionatları tarixində 7-ci dəfə komandalardan biri ilk 7 turda xal itirmir. İndiyədək qeydə alınmış 6 belə hadisəyə 3 komanda imza atıb. “Neftçi” 4, “Şəfa” və “Xəzər Lənkəran” hərəyə 1 dəfə uğurlu startla fərqlənib. “Qarabağ” isə bunu bacaran 4-cü klub kimi tarixə düşüb.

Tarix
2019.10.07 / 15:58
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla