Yuxarı

Şenol Günəş: Bakıda bizi indidən bağırlarına basdılar...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şenol Günəş: Bakıda bizi indidən bağırlarına basdılar...

Təlim-məşq bazalarına baxmaq və digər məsələlər üçün Bakıya getdik. Orada bizə qarşı sevgi gördük. Televiziyaya açıqlama verdim, bizi indidən bağırlarına basdılar.

Report-un məlumatına görə, bu fikirləri Türkiyə yığmasının baş məşqçisi Şenol Güneş deyib.

67 yaşlı mütəxəssis yenidən Bakıya səfər edəcəyini bildirib:

"Orada mətbuat konfransı təşkil etməyi planlaşdırırıq. Azərbaycan ilə hazırlıq matçı da oynaya bilərik. Avropa çempionatındakı qarşılaşmaları evimizdə oynayacağıq. Bunun duyğusunu indidən bizə yaşatdılar. Matçlarda da tam olaraq dəstək görəcəyimizi bilirik. Buna görə şanslıyıq".

Qeyd edək ki, iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. İyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa, 1/4 final mərhələsinin bir oyunu Bakıda keçiriləcək.

AVRO-2020-nin açılış matçında İtaliya və Türkiyə milliləri Romadakı "Olimpiko" stadionunda qarşılaşacaqlar.

Tarix
2019.12.13 / 21:20
Müəllif
Axar.az
Digər xəbərlər

"İçərişəhər"dəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

Düşmənin öhdəsindən gələ bilərik – Pezeşkian

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla