Yuxarı

Tokio-2020 təxirə salınmayacaq - Tomas Bax

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tokio-2020 Yay Olimpiya Oyunları və Paralimpiya Oyunları təxirə salınmayacaq. Hər iki yarış bu il nəzərdə tutulduğu vaxtda reallaşacaq.

Axar.az xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Bax Avropa Olimpiya Komitələri və Avropa ölkələrinin üzv Milli Olimpiya Komitələrinin rəhbər şəxsləri ilə təşkil etdiyi video-konfransda bu fikirləri səsləndirib.

Video-konfransda Olimpiya Hərəkatının COVİD 19-la bağlı tədbirlər planı müzakirə olunub.

MOK mətbuat xidmətindən verilən məlumata görə, müzakirə zamanı bildirilib ki, Olimpiadanın təxirə salınacağı ilə bağlı aparılan spekulyasiyalar yolverilməzdir. Spekulyasiya beynəlxalq birjalarda Yaponiya höküməti səhmlərinin qiymətinin 16% enməsi ilə yanaşı başqa mənfi nəticələrə də yol açır.

Tomas Baxın sözlərinə görə, BOK Milli Olimpiya Komitələri və beynəlxalq idman federasiyaları ilə birgə Olimpiadanın keçirilməsi üçün mümkün bütün tədbirləri reallaşdırmaqda maraqlıdır. Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziyaların yarıdan çoxunun (57 %) təmin olunmasını xatırladan BOK rəsmisi, lisensiya yarışları təxirə salınan idman növləri üçün Olimpiya qanunlarına uyğun tədbirlər görülməsinin va ya əlavə kvota yerlərinin ayrılmasının mümkünlüyünü də bildirib.

Tarix
2020.03.18 / 18:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Daha bir istiqamətdə ermənilərin mövqelər sökülür

İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla