Yuxarı

Azərbaycan Formula-1-dən imtina etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Formula-1-dən imtina etdi

Formula-1 rəhbərliyi, Beynəlxalq Avtoidman Federasiyası, yarışların təşkilatçıları və sponsorlarının iştirakı ilə baş tutan tele-konfransdan sonra Azərbaycan tərəfi bəyan edib ki, 7 iyunda təşkil edilməsi planlaşdırılan Azərbaycan qran-prisini keçirməkdən imtina etməyə üstünlük verir.

Axar.az "Haqqin.az"a istinadən xəbər verir ki, bu məlumatı “Motosport” yayıb. Məlumata görə, Formula-1-in mart, aprel və may mərhələlərinin ləğvindən sonra Bakı yarışların keçirilməsi üçün mövsümdə ilk məkan olmalı idi, amma Azərbaycan Qran-prisinin təşkilatçıları koronavirusla əlaqədar öz narahatlıqlarını ifadə edərək, yarışın təşkilindən imtina ediblər.

Azərbaycan tərəfi aprel ayında şəhər yollarının yarışa hazırlanmalı olduğunu, bu prosesin böyük xərc tələb etdiyini, yarışların ləğv ediləcəyi halda isə bu vəsaitin boşuna gedəcəyi üçün indidən tədbirdən imtina etdiyini açıqladığını bəyan edib.

Bununla belə sayt təkcə Bakı Qran-prisinin yox, Bakıdan sonra baş tutacaq Kanada Qran-prisinin də keçirilməsinin sual altında olduğunu deyib.

Qeyd edək ki, bundan öncə Formula-1-in Avstraliya, Bəhreyn, Vyetnam, Çin, Hollandiya və İspaniya mərhələləri də ləğv edilmişdi.

Artıq ləğv edilən yarışlara görə Formula-1-ə 200 milyon dollar ziyan dəyib.

Tarix
2020.03.22 / 12:48
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atıb - Rəsmi

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu

Razılaşma mətni: Zəngəzurdan Naxçıvana keçid necə olacaq?

Hakan Fidan Azərbaycana gəlir

Serbiya prezidentindən İlham Əliyevlə bağlı xoş sözlər

Çevik iş saatı tətbiq edilir – Tıxac aradan qalxacaq?

Niyə “Ermənistan tarixi” tədris olunmurdu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla