Yuxarı

"Bakı-2015" üçün püşk atıldı: Azərbaycan çətin qrupda

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bakı-2015" üçün püşk atıldı: Azərbaycan çətin qrupda

Avropa Üzgüçülük Federasiyasının Lüksemburqdakı iqamətgahında "Bakı-2015" Avropa Oyunlarında su polosu yarışlarının püşkü atılıb.

AzərTac xəbər verir ki, püşkün nəticəsinə əsasən, 16 kişi komandası 4, 12 qadın yığması 2 qrupda mübarizə aparacaq.

Püşkatmaya görə, kişilərdən ibarət Azərbaycan millisi "B" qrupunda Macarıstan, Almaniya və Rumıniya kollektivləri ilə qarşılaşacaq. "A" qrupunda İtaliya, Rusiya, Fransa, Ukrayna, "C" qrupunda Monteneqro, Xorvatiya, Yunanıstan, Türkiyə, "D" qrupunda isə Serbiya, İspaniya, Slovakiya və Malta yığmaları üz-üzə gələcək.

Qadınların mübarizəsində isə Azərbaycan təmsilçisi mübarizə aparamayacaq. Yunanıstan, Hollandiya, Macarıstan, Almaniya, İsrail, Böyük Britaniya millisi yarışın "A" qrupunda, İspaniya, İtaliya, Rusiya, Slovakiya, Fransa və Serbiya yığması isə "B" qrupunda birincilik uğrunda mübarizə aparacaq.

Reqlamentə əsasən qrupda ilk yeri tutacaq komandalar birbaşa mərhələ adlayacaq. İkinci və üçüncü yeri tutacaq komandalar isə pley-off-da yarışacaqlar.

Tarix
2015.03.23 / 20:19
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

İranla danışıqlar çıxılmaz vəziyyətdədir - Əbdülfati

Şövkət Mirziyayev Mehriban Əliyevanı təbrik etdi

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

Laçının azad edilməsi tarixi ədalətin təntənəsi idi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla