Yuxarı

Avropa Liqası: 1/8 finalın bütün iştirakçıları bəlli oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Avropa Liqası: 1/8 finalın bütün iştirakçıları bəlli oldu

01:01

Fevralın 25-də futbol üzrə UEFA Avropa Liqasının səkkizdəbir finala çıxan daha 7 iştirakçının adı məlum olub.

Axar.az xəbər verir ki, turnirin onaltıdabir final mərhələsinin cavab oyunlarının yeddisi Bakı vaxtı ilə saat 21:55-də başlayıb, səkkizi isə gecə saat 12-də oynanılacaq.

“Qarabağ” klubunun yer aldığı A qrupunun lideri kimi pley-offa yüksəlmiş İspaniyanın “Vilyarreal” klubu Avstriyada 2:0 hesabı ilə məğlub etdiyi “Zaltsburq” ilə cavab görüşündə də rəqibindən üstün olub - 2:1.

Günün ən gözlənilməz nəticəsi "Emirates" stadionunda qeydə alınıb.

Portuqaliyada "Benfika" ilə heç-heçə edən (1:1) İngiltərənin "Arsenal" klubu öz meydanında rəqibini məğlub edə bilməyib. Bu oyun 2:2 hesabı ilə başa çatsa da iki oyunun nəticəsinə görə "Benfika" səkkizdəbir finala yüksəlib.

Günün digər görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

“Ayaks” (Niderland) - “Lill” (Fransa) - 2:1, ilk oyun - 2:1;

“Napoli” (İtaliya) - “Qranada” (İspaniya) - 2:1, 0:2;

“Hoffenhaym” (Almaniya) - “Molde” (Norveç) - 0:1, 3:3;

“Reyncers” (Şotlandiya) – "Antverpen” (Beçlika) - 4:2, 4:3;

"Şaxtyor Donetsk" (Ukrayna) - "Makkabi Tel-Əviv" (İsrail) - 1:0, 2:0.

Qeyd edək ki, daha əvvəl İngiltərə "Tottenhem"i adını 1/8 finala yazdırıb.

***

UEFA Avropa Liqasında 1/16 final mərhələsinə yekun vurulub.

Qitənin ikinci dərəcəli klub turnirində 1/8 finala yüksələn bütün komandaların adlarına aydınlıq gəlib.

“Brügge” (Belçika) - "Dinamo” (Kiyev, Ukrayna) - 0:1, ilk oyun - 1:1;

PSV (Niderland) - “Olimpiakos" (Yunanıstan) - 2:1, 2:4;

“Bayer” (Almaniya) - “Yanq Boyz” (İsveçrə) - 0:2, 3:4;

“Dinamo” (Zaqreb, Xorvatiya) - “Krasnodar” (Rusiya) - 1:0, 3:2;

“Roma” (İtaliya) - “Braqa” (Portuqaliya) - 3:1, 2:0;

“Lester” (İngiltərə) - “Slaviya” (Çexiya) - 0:2, 0:0;

“Milan” (İtaliya) - “Srvena Zvezda” (Serbiya) - 1:1, 2:2;

“Mançester Yunayted” (İngiltərə) - “Real Sosyedad” (İspaniya) - 0:0, 4:0.

Qeyd edək ki, Avropa Liqasında 1/8 finalın püşkü bu gün atılacaq.

Tarix
2021.02.26 / 02:29
Müəllif
Axar.az
Digər xəbərlər

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları ilə bağlı dəyişiklik

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Gürcüstandan Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

Bakı Dublində qəbul edilən üç mühüm sənədə qoşulmadı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla