Yuxarı

Yarışlar çətin olacaq - MOK vitse-prezidenti

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yarışlar çətin olacaq - MOK vitse-prezidenti

Tokio-2020 XXXII Yay Olimpiya Oyunlarının açılış mərasimi əvvəlkilərdən fərqlənirdi. Açılış mərasimlərində həmişə görkəmli incəsənət ustaları, aktyorlar iştirak edirlər. Bu dəfə onlar iştirak etmirdilər. Həmçinin iştirakçıların sayı az idi, tamaşaçılar arenaya buraxılmadı, komandalar səhnəyə tam heyətlə çıxmadılar.

Axar.az xəbər verir ki, bunu Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimi barədə danışarkən deyib.

MOK-un vitse-prezidenti bildirib: “Tədbirdə məhdudiyyətlər çox olsa da, texnoloji cəhətdən bəzi maraqlı hadisələr baş verdi. Ümumilikdə, pandemiya şəraiti nəzərə alınaraq, açılış mərasimi əvvəlkilərlə müqayisə oluna bilməz. Əsas odur ki, tədbir baş tutdu, Oyunlar başladı”.

Koronavirusla əlaqədar Yaponiyada ciddi hazırlıq tədbirlərinin getdiyini deyən Ç.Hüseynzadə bildirib ki, idman obyektlərinə daxil olan zaman ciddi yoxlamalar xeyli vaxt itkisinə səbəb olur. İdmançılar və nümayəndə heyətlərinin üzvləri hər gün test verirlər. Bu məsələ tam nəzarət altındadır.

İdmançılara uğurlar arzulayan MOK rəsmisi nəticələrlə bağlı proqnoz verməyin mümkün olmadığını söyləyib:

“Yarışlar çətin olacaq. Hər gün nə isə baş verə bilər. Olimpiya kəndində hər gün kifayət qədər insan koronavirusa yoluxur. İdmançılar yarışlardan kənarlaşdırılır. Ona görə də proqnoz vermək mümkün deyil. Ancaq ümidlə yaşayırıq ki, idmançılarımızın nəticələri yaxşı olsun. İnanırıq ki, budəfəki Olimpiada da bizim üçün uğurlu alınacaq”.

Azərbaycan Tokio Olimpiadasında idmanın 13 növü üzrə 44 atletlə təmsil olunur.

Tarix
2021.07.24 / 17:23
Müəllif
Axar.az
Digər xəbərlər

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

Naxçıvana hücum olur, Türkiyədə Bakı ittiham edilir...

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla