Yuxarı

Dünya çempionu Məmmədyarovla bacarmadı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünya çempionu Məmmədyarovla bacarmadı

Makedoniyanın Struqa şəhərində kişi şahmatçılar arasında klublararası Avropa kuboku yarışının 5-ci turunun oyunları keçirilib.

Axar.az xəbər verir ki, qrossmeysterimiz Şəhriyar Məmmədyarov 5-ci turda dünya çempionu Maqnus Karlsenlə mübarizə aparıb. Qarşılaşma heç-heçə ilə başa çatıb. Qeyd edək k, Ş.Məmmədyarovun yer aldığı Makedoniyanın “Alkaloid” komandası bu turda Norveçin “Offerspill Chess Club”unu 5,5:0,5 hesabı ilə məğlub edib.

Qrossmeysterlərimizdən Nicat Abasovun təmsil olunduğu İspaniyanın “Silla” komandasının isə İsrailin “Beer Shev” yığması ilə qarşılaşması heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, Azərbaycanı Avropa kuboku yarışında təmsil edən “Vüqar Həşimov” komandası 5-ci turda Fransanın “Asnıeres Le Grand Echiquier” yığması üzərində 5,5:0,5 hesablı qələbə qazanıb. Aktivində 7 xal olan komandamız 13-cü pillədən 8-ə yüksəlib. “Silla” 9 xalla liderlər qrupunda mübarizə aparır. “Alkaloid” isə 8 xalla 4-cü yerdədir.

Xatırladaq ki, kişilərin yarışında 38 komanda mübarizə aparır.

Tarix
2021.09.23 / 00:53
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla