Yuxarı

Azərbaycanda daha 3 idman federasiyası ləğv edildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda daha 3 idman qurumunun federasiya statusu dayandırılıb.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, “Həvəskar Universal Döyüş Federasiyası” İB, “Qarabağ-Əlil Döyüşçülər Futbol Federasiyası” İB, “Azərbaycan Peşəkar Boks Federasiyası” İB-nin federasiya statusu dayandırılıb.

Əvəzində kollegiyanın qərarı ilə “Azərbaycan Sambo Federasiyası” İB, “Azərbaycan Savat Federasiyası” İB, “Azərbaycan Taekvondo Federasiyası” İB, “Azərbaycan Avtomobil Federasiyası İB, “Azərbaycan Kapoeyra Federasiyası” İB, “Azərbaycan Yelkən Federasiyası” İB-nin akkreditasiyaları təsdiqlənib.

Beləliklə, bir neçə aydır nazirliyin nəzdində fəaliyyət göstərən xüsusi komissiyanın təqdimatına əsasən, Kollegiya qərarı ilə bu günədək statusu təsdiqlənmiş federasiyaların sayı 26-ya çatıb. Ümumilikdə, 25 federasiyanın isə statusu dayandırılıb. Federasiyaların statusuna baxılması prosesi davam edir.

Bununla yanaşı, iclasda nazirliyin 2022-сi ilin IIk yarımili üçün perspektiv iş planı təsdiqlənib. Bundan başqa, bir sıra tədbirlərin təqdimatı müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.

Nəhayət, Ceyhun Ənvər oğlu Məmmədəliyevə, Tural Rafiq oğlu Vəlibəyova və Xalid Zahid oğlu Atababayevə “Azərbaycan Respublikasının əməkdar məşqçisi” fəxri adının verilməsi barədə qərar qəbul edilib.

Tarix
2022.06.29 / 20:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla