Çempionlar Liqasının qrup
mərhələsində üçüncü turun oyunlarına start verilib.
Axar.az xəbər verir ki, E, F, G və H qruplarının hərəsində iki
oyun keçirilib və aşağıdakı nəticələr qeydə alınıb:
E qrupunda BATE (Belarus) "Barselona" ilə qarşılaşıb. Matç
sonuncuların 0:2 hesablı qələbəsi ilə bitib. Qrupun digər matçı isə
"Bayer Leverkuzen" ilə "Roma" arasında baş tutub. Oyun 4:4 hesabı
ilə bitib.
F qrupunda yer alan "Arsenal" "Bavariya"nı qəbul edib. Oyunda
"topçular" üstün olub: 2:0. Qrupun digər matçında isə "Dinamo"
"Olimpiakos"u qəbul edib. Gərgin keçən matçda yunanlar minimal
üstünlüklə qalib gəliblər.
G qrupunda "Portu" İsrailin "Makkabi"si ilə qarşılaşıb. Matç 2:0
ev sahiblərinin qələbəsi ilə bitib. Qrupun digər oyununda isə Kiyev
"Dinamo"su "Çelsi"ni qəbul edib. Mats qolsuz bərabərliklə
yekunlaşıb.
H qrupunda yer alan "Valensiya" Belçikanın "Gent" klubu ilə
qarşılaşıb. Matç 2:1 ispanların qələbəsi ilə bitib.
Günün son matçında isə "Zenit" "Lion"la qarşılaşıb. Matçda
qonaqlar aşkar favorit sayılsa da, sensassiya baş verib. "Zenit"
fransızların qapısından 3 qol keçirib. 83-cü dəqiqədə qonaqlar
fərqi azaltsa da, oyun elə bu hesabla da bitib: 3:1