Yuxarı

Avroliqanın qalibi bu komanda oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

2023.05.31 - 22:28

Bu gün Avropa Liqasının final oyunu keçiriləcək.

Axar.az xəbər verir ki, finalda üz-üzə gələcək İspaniya "Sevilya"sı və İtaliya "Roma"sının start heyətləri artıq açıqlanıb.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

"Sevilya": 13. Yassin Bunu, 3. Alek Telleş, 6. Nemanya Qudel, 10. İvan Rakitiç, 15. Yussef En-Nesiri, 16. Xesus Navas, 20. Fernando, 21. Oliver Torres. 25. Brayan Gil, 44. Loik Bade, 55. Lukas Okampos

"Roma": 1 Ruy Patrisiu, 3. İbanyes, 4. Brayan Kristante, 6. Kris Smollinq, 7. Lorentso Pelleqrini, 8. Nemanya Matiç, 9. Teddi Abraham, 19. Zeki Çelik, 21. Paulo Dibala, 23. Canluka Mançini, 37 Leonardo Spinatsola

Qeyd edək ki, Macarıstanın paytaxtı Budapeştdəki "Puşkaş Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

***

"Sevilya" - "Roma" matçı start götürdü.

***

Dibala matçın 35-ci dəqiqəsində "Roma"nı hesabda önə keçirib. Hazırda matçda ilk hissə başa çatıb.

***

Mançini 55-ci dəqiqədə avtoqol müəllifi oldu: 1-1.

***

Matçın 90 dəqiqəsində tarazlıq pozulmadığı üçün qalibi müəyyən etmək üçün uzatma dəqiqələri oynanılır.

***

Matça əlavə edilmiş 30 dəqiqədə də tarazlıq (1-1) pozulmadı. Qalibi müəyyən etmək üçün penalti zərbələri yerinə yetiriləcək.

***

Penalti zərbələrində daha dəqiq olan "Sevilya" "Roma"nı (4-1) məğlub etməklə Avropa Liqasının qalibi adına yiyələnib.

Tarix
2023.06.01 / 02:02
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla danışıqlarda Rusiyaya ehtiyacımız yoxdur

İlham Əliyev Almaniya Kanslerinə məktub göndərdi

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla