Yuxarı

Araz Musayevin oğlu Beşikdaşın U-14 komandasında - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Araz Musayevin oğlu Beşikdaşın U-14 komandasında - Video

Araz Musayevin oğlu Furqan Musayev Beşikdaşın U-14 komandasına transfer olunub.

Axar.az xəbər verir ki, Furqan Musayev bu vaxta qədər "Qarabağ” klubunun üzvü idi. Ağdam təmsilçisi gənc istedad Furqanla 2024-cü ilə qədər müqavilə bağlamışdı.

Oyunlar zamanı xarici mütəxəssislərin də diqqətini cəlb edən Furqan “Beşiktaş” klubuna dəvət olunub. Türkiyə nəhənginin nümayəndələrinin “Qarabağ” rəhbərləri ilə razılaşmasına əsasən, 2021-ci ildən o, İstanbulda “Beşiktaş” klubunun U-12 U-14 komandasında məşqlərə başlayıb və oyunlarda iştirak edib.

“Beşiktaş” klubunun rəhbərliyi özünəməxsus oyun göstərən Furqan Musayevi rəsmi olaraq transfer etmək üçün “Qarabağ” futbol klubuna və UEFA-ya müraciət edib. Bir neçə gün öncə isə gözlənilən xəbər gəlib.

UEFA-nın rəsmi qeydiyyatı və “Qarabağ” Futbol klubunun razılığı ilə Furqan Musayev “Beşiktaş” klubunun U-14 komandasına transfer olunub. O, əsas heyətin aparıcı üzvlərindən biri hesab edilir.

İstedadlı futbolçu “Fənərbağça” ilə yanaşı digər klubların mütəxəssislərinin də diqqətini cəlb edib. Onlar da Furqan Musayevi öz klublarında görmək istədiklərini bildiriblər.

Tarix
2023.09.18 / 12:45
Müəllif
Axar.az
Digər xəbərlər

Öcalan azadlığa çıxdı - Sensasiya

Prezidentin həftəlik fəaliyyəti ilə bağlı icmal - Video

Cənubi Qafqazda sülh onlara da fayda gətirməlidir

“Yeni Yalta”: 3 lider dünyanı bölməyə toplanır?

Trampdan İlham Əliyevə xüsusi dəvət - Təcili

Tiflisdə 68 milyon dollarlıq otelin sahibi kimdir?

Rusiya TDT-yə daxil olarsa... - Tokayevin təklifinin şifrələri

İlham Əliyev Əlcəzair prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

Dövlət Baxçalı Azərbaycana dəvət olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla