Yuxarı

Futbolun Eynşteyni kimdi?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Futbolun Eynşteyni kimdi?

Almaniyanın "Bild" qəzeti "Bavariya"nın baş məşqçisi Pep Qvardiolaya maraqlı ləqəb verib. Publika.az xəbər verir ki, qəzet ispan mütəxəssisi "Futbolun Eynşteyni" adlandırıb.

"Bild"in iddialarına görə, Qvardiola yenilməzliyin formulunu tapıb. Mövsümün əvvəlindən məğlubiyyətin nə olduğunu bilməyən Münhen klubunun göstəriciləri belədi: "365:51+1,79+(%66x%87)+65".

Bu rəqəmlərin anlamına gəlincə, "Bavariya" mövsümün əvvəlində rəqib qapılarına 365 dəqiq zərbə vurub, bunların 51-i qolla nəticələnib. 1.79 metr orta boy həddinə sahib olan komanda orta hesabla 66 faiz topa sahib olub, futbolçuları 87 faiz dəqiq ötürmə edib və eyni zamanda rəqiblərindən 65 km daha artıq qaçıb. Bu rəqəmləri birləşdirdikdə isə "365:51+1,79+(%66x%87)+65" formulu ortaya çıxıb.

Orta boy həddi 1.79 metr olan "Bavariya" bununla Bundesliqanın ən qısa boylu komandasıdı. Komandanın ən kiçik futbolçuları isə Xerdan Şaqiri (1.69), Filip Lam (1.70) və Frank Riberidi (1.70). İspan mütəxəssisin bu durumu nəzərə alaraq oyun sistemi qurduğu deyilir. Qvardiola yarımmüdafiədə daha çevik və texnikalı futbolçulara şans verərək mövsümün əvvəlindən 66 faiz topa sahib olma göstəricisini əldə edib. Bununla birlikdə 87 faiz dəqiq ötürmə göstəricisi ilə "Bavariya" mövsümün ən yaxşı nəticəsinə imza atıb. Münhen klubunun ən çox ötürmə edən futbolçusu Filip Lamdı. Onun 91 faiz ötürməsi dəqiq olub.

Qeyd edək ki, "Bavariya" artıq 44 oyundu uduzmur.

Tarix
2014.02.05 / 11:03
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentdən Cəmil Əliyevlə bağlı sərəncam

Arakçı təşəkkür etmişdi: Bayramov cavab verdi...

"Hürkuş"ların Azərbaycana ixracı nə vaxt baş tutacaq?

Arakçı Azərbaycana belə təşəkkür etdi

Daha bir ölkə F-35-ə “əlvida” deyir - Türkiyə kimi...

Daha bir ölkə savaşa girdi: Dünyanın yolu dəyişir

Şimali Kiprin baş naziri Bakıya gəlir

Uitkoff mühüm forumda İlham Əliyevdən danışdı - Video

Bayramov Mirzoyanla danışdı

Türkiyə və Naxçıvana hücum: göstəriş verənlərin kimliyi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla