Yuxarı

Futbol Məktəbinə qəbul başlandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Futbol Məktəbinə qəbul başlandı

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi "Baksell" şirkəti "Mançester Yunayted Futbol Məktəbi"nin ilkin hazırlıq qrupuna qəbulun başlamasını elan edir.

Axar.az xəbər verir ki, AFFA, "Baksell" şirkəti və İngiltərənin "Mançester Yunayted" futbol klubu arasında tərəfdaşlıq münasibətləri çərçivəsində Bakıda daimi fəaliyyət göstərən "Mançester Yunayted Futbol Məktəbi"nin artıq 5 aya yaxındır ki, ilkin hazırlıq qrupu öz fəaliyyətini davam etdirir. Lakin çoxsaylı istəkləri nəzərə alaraq, daha bir ilkin hazırlıq qrupunun yaradılmasına qərar verilib.

İlkin hazırlıq qrupunun 2003, 2004, 2005, 2006, 2007, 2008-ci il təvəllüdlü uşaqlardan təşkil olunması planlaşdırılır.

5 həftəlik proqrama 130 manat ödəməklə qoşulmaq mümkün olacaq. Yeni qrupun məşqləri fevralın 15-də başlayacaq.

"Mançester Yunayted Futbol Məktəbi"nin ilkin hazırlıq qrupunda məşqlər həftədə 2 dəfə olmaqla Bayıl stadionunda İngiltərədən ezam olunnmuş Mik Bennet və assistentləri Samir Ələkbərov və Cahangir Həsənzadə tərəfindən keçiriləcək.

Yerlər məhduddur.

İkinci qeydiyyatdan keçmək üçün aşağıda göstərilən sənədlərlə 15.02.16 tarixində, saat: 17:30-da "Bayıl Arena" stadionuna gəlmək lazımdır:

Şəxsiyyəti təsdiq edən sənəd

Sağlamlıq haqqında arayış

Qeydiyyatdan öncə aşağıdaki nömrəyə zəng edib ilkin qeydiyyatdan keçmək mütləqdir.

Qrupa yazılmaq istəyənlər üçün əlaqə vasitələri:

+994 55 511 33 03 – Ramin Həsənov

[email protected]

"Mançester Yunayted Futbol Məktəbi" 2014-cü il sentyabrın 23-də yaranıb və oktyabrın 6-dan fəaliyyətinə start verilib. Dərslər həftədə 2 dəfə olmaqla praktiki və nəzəri şəkildə keçirilir.

Hazırda "Mançester Yunayted Futbol Məktəbi"ndə 3 istedadlar və 1 ilkin hazırlıq qrupu fəaliyyət göstərir.

Tarix
2016.02.05 / 18:17
Müəllif
Axar.az
Digər xəbərlər

Sabah Azərbaycanla Türkiyə arasında mühüm iclas keçiriləcək

Türkiyə də Ukrayna müharibəsinə sürüklənir: Tərəf seçə bilər

İlham Əliyev Piterə gələ bilər - Peskov

Vardanyan Bakıda bu cür saxlanılır: şəraiti... - Video

Hökumə Əliyevanın ailə üzvləri Aktauya getdi - Video

Rusiyanın Türkiyəyə qarşı təxribatı - Nə baş verir?

Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi

Ermənistana investisiyalar Türkiyə üçün risklər yaradır

Ermənistana ixrac edilən neft məhsullarının ilk partiyası - Video

Qafarova Monteneqro baş nazirinin müavini ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla