Yuxarı

Milli komandada baş məşqçi məsələsi... - Mahmudov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlimizdən gələni edəcəyik ki, sabahkı matçda qələbə qazanaq.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu milli komandanın kapitanı Emin Mahmudov "FIFA Series - Edition 2024" layihəsi çərçivəsində keçiriləcək Azərbaycan - Bolqarıstan oyunundan öncə Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunan mətbuat konfransında deyib.

E.Mahmudov oyunla bağlı fikirlərini bölüşüb:

"Öz oyunumuzu göstərib qələbə qazanmağa çalışacağıq. Bizi maraqlı bir oyun gözləyir".

Yarımmüdafiəçi baş məşqçi məsələsinə toxunub:

"Mən milli komandada həm yerli, həm də xarici baş məşqçilərlə işləmişəm. Məşqçilər barədə nəsə demək istəmirəm. Hər biri ilə münasibətim yaxşıdır".

Azərbaycan millisinin Gürcüstan və Qazaxıstan millisinin hazırkı mövsümdə etdiklərini təkrarlamaq ehtimalı ilə bağlı verilən sualı Emin Mahmudov təmkinli cavablayıb:

"Bir qədər çətin sualdır. Biz Qazaxıstan millisi ilə eyni qrupda idik. Səfərdə qalib gələ bilməsək də, qələbə qazanmaq üçün şanslarımız çox idi. Deyə bilmərəm ki, Qazaxıstan millisi bunu bəxt hesabına etdi. Biz də çalışacağıq ki, yaxın gələcəkdə bunu təkrarlayaq".

Qeyd edək ki, Azərbaycan millisi "FIFA series – Edition 2024" turnirində martın 25-də Bolqarıstan ilə qarşılaşacaq. Görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Tarix
2024.03.24 / 18:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

4 kəndin Azərbaycana qaytarılması... – Türkiyə səfiri

Sülhün imzalanmasına tezliklə nail olmaq üçün... - Peskov

Sonuncu sülhməramlı Qarabağı nə zaman tərk edəcək?

Aksiyaya qoşulan hərbçilər müraciət yaydı: Bağışlayın!

Erməni hərbçilər aksiyaçılara qoşuldu - Nikola qarşı qiyam?

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla