Yuxarı

Türkiyə Portuqaliyaya böyük hesabla məğlub oldu

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:37

Almaniyada keçirilən Avropa çempionatının F qrupunun ikinci turunda üz-üzə gələcək Türkiyə və Portuqaliya yığmalarının start heyətləri açıqlanıb.

Axar.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandalar Bakı vaxtı ilə saat 20:00-da başlayacaq matça aşağıdakı heyətlərlə çıxacaqlar:

Türkiyə: Altay Bayandır, Kaan Ayhan, Samet Akaydın, Abdulkərim Bardakcı, Fərdi Kadıoğlu, Yunus, Orkun Kökçü, Hakan Çalhanoğlu, Kərəm Aktürkoğlu, Barış Alpər Yılmaz, Zəki Çelik.

Portuqaliya: Dioqo Koşta, Kanselo, Pepe, Ruben Diaş, Nuno Mendeş, Bruno Fernandeş, Bernardo Silva, Palinya, Vitinya, Kristiano Ronaldo, Joao Feliks.

Xatırladaq ki, hər iki komanda qrup mərhələsinin birinci turunda qələbə qazanıblar. Türkiyə millisi Gürcüstanı (3:1), Portuqaliya seçməsi isə Çexiyanı (2:1) məğlub edib.

***

Türkiyə - Portuqaliya qarşılaşması start götürdü.

***

Bernardo Silva 21-ci dəqiqədə hesabı açdı: 0-1.

**

Samet Akaydın 29-cu dəqiqədə avtoqol müəllifi oldu: 0-2.

***

56-cı dəqiqədə Fernandeş Portuqaliyanın üçüncü qoluna imza atdı: 0-3.

***

Türkiyə - Portuqaliya oyunu 0-3 hesabı ilə başa çatdı. Portuqaliya qrupda ikinci oyunda qələbə qazanmaqla xallarının sayını 6-ya çatdırdı. Bununla 1/8 finala vəsiqəni təmin etmiş oldu. Türkiyə millisi isə 3 xalla ikinci yerdə qərarlaşıb.

Tarix
2024.06.22 / 21:53
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Tokayevdən TDT ölkələri ilə bağlı qərar

Türkiyənin ilk astronavtı Bakıda

Ermənistandan gedən Qarabağ ermənilərinin sayı açıqlandı

Azərbaycan bu problemlərin həllində fəal rol oynayacaq

Bayramov Papuaşvili ilə nələri müzakirə etdi?

İranı silkələyən azərbaycanlı: Onu seçkiyə niyə buraxdılar?

Obrayenin gəlişi ərəfəsində Bakının bu addımı…

Bayramov Kobaxidze ilə görüşdü

Zakir Həsənov Macarıstana səfər etdi

Onların rahat səs verməsi üçün... – MSK sədri

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla