Yuxarı

Bayramov Papuaşvili ilə nələri müzakirə etdi?

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Gürcüstana rəsmi səfəri çərçivəsində bu ölkənin parlament sədri Şalva Papuaşvili ilə görüşüb.

XİN-dən Axar.az-a verilən xəbərə görə, görüş zamanı Azərbaycan və Gürcüstan arasında strateji tərəfdaşlıq gündəliyində duran məsələlər, parlamentlərarası əməkdaşlığın perspektivləri, habelə regionda cari vəziyyət müzakirə olunub.

İki ölkə arasında iqtisadiyyat, ticarət, investisiyalar, energetika, nəqliyyat və kommunikasiyalar, humanitar və s. istiqamətlər üzrə strateji tərəfdaşlıq xarakteri daşıyan qarşılıqlı faydalı əməkdaşlığın məmnunluq doğurduğu diqqətə çatdırılıb. Orta dəhliz üzrə işlərin və birgə əməkdaşlığın əhəmiyyəti qeyd edilib.

Bununla yanaşı, Azərbaycan-Gürcüstan-Türkiyə arasında həm xarici işlər nazirləri, həm də parlamentlər səviyyəsində üçtərəfli format çərçivəsində birgə səylərin genişlənməsinin vacibliyi vurğulanıb.

Qarşı tərəf həmçinin postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə səyləri, habelə Azərbaycan və Ermənistan arasında sülh və normallaşma prosesi barədə məlumatlandırılıb.

Nazir Ceyhun Bayramov həmçinin Parlamentin fəxri qonaqları kitabına ürək sözlərini yazıb.

Tarix
2024.06.27 / 22:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Pezeşkiana qarşı niyə Cəlili gücləndirilir?

Azərbaycanlı İranda prezident seçilsə… - Bakıdan baxış

Seçkiqabağı təşviqatın başlanma və bitmə tarixi

Siyasi partiyaların bu seçkidə iştirakı... – MSK sədri

Deputatlığa namizədliyin irəli sürülməsi prosesi başladı

Mirzoyan Kuleba ilə görüşdü: Bakı ilə münasibətlər...

Bu seçki tarixi əhəmiyyət daşıyan hadisə olacaq

Parlament seçkiləri: Təqvim Planı təsdiq edildi

MSK-nın növbəti iclası başladı

İlham Əliyev pensiya ilə bağlı bu qanuna dəyişiklik etdi

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla