Yuxarı

İranın hədəsinə İsraildən cavab: Tam məhv edəcəyik!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsrail Hizbullah təşkilatının silahlı qüvvələrinin Livanın cənubunu tərk edənə qədər onlara qarşı tam qüvvə ilə əks-hücuma davam edəcək.

Axar.az xəbər verir ki, bunu İsrailin xarici işlər naziri İsrail Katz deyib.

"İran bu gün Hizbullahın Livandan hücumlarına tam cavab verəcəyi təqdirdə İsraili məhv edəcəyi ilə hədələyir. Mənim İrana cavabım aydındır: Birincisi, Hizbullah hücumları dayandırmasa və Livanın cənubundan geri çəkilməsə, sərhəddə təhlükəsizlik bərpa olunana və sakinlər evlərinə qayıdana qədər bütün gücümüzlə ona qarşı hərəkət edəcəyik.

İkincisi, məhv etməklə hədələyən rejim məhv olmağa layiqdir”, - deyə nazir bildirib.

Qeyd edək ki, İranın BMT-dəki daimi nümayəndəliyi İsrailin Livana qarşı genişmiqyaslı hərbi təcavüzü halında bütün müqavimət hərəkatı cəbhələrinin tam iştirakı ilə “məhvetmə müharibəsi” olacağı barədə xəbərdarlıq edib.

Tarix
2024.06.30 / 10:09
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Nikolun hiyləgər siyasəti: Rusiyaya nələr ötürür? - Parsyan

İlk dəfə: 8 lider Şuşada toplanır - Strateji hədəf…

Naxçıvan NK bir sıra qərarlar qəbul etdi

Bakı-İrəvan sülhü böyük imkanlar yaradacaq - Blinken

Bakıdan erməni ordusuna xəbərdarlıq: Qadağan edildi!

Əgər Ermənistan Azərbaycanla barışsa... - “Yerusəlim Post”

Bayramov İsrail Katzla danışdı

Sülh sazişinin başlıca şərti... - Əliyev

Qayıdış hüququ onlara da şamil edilməlidir - Prezident

Prezidentdən sülh müqaviləsi ilə bağlı sevindirici açıqlama

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla