Yuxarı

Qurban Berdıyev rəsmən Azərbaycan klubunda!

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qurban Berdıyev rəsmən “Turan Tovuz”un baş məşqçisi təyin olunub.

Axar.az xəbər verir ki, bu barədə klubun idman direktoru Səməd Nəsibov Rusiyanın sport24.ru saytına açıqlamasında deyib.

O, 71 yaşlı mütəxəssislə 2+1 illik müqavilə imzaladıqlarını bildirib:

“Dünən axşam Qurban Berdıyev Bakıya gəldi və bu gün onunla müqavilə imzaladıq. Hər şey qaydasındadır, danışıqlar tez və yaxşı keçdi. Əvvəlcə bu mütəxəssisi daha bir mövsüm uzatmaq imkanı ilə bir illik müqavilə imzalamaq istəyirdik. Amma danışıqlar və nüansların müzakirəsi zamanı biz müqavilənin şərtlərini dəyişdik. “Turan” Qurban Berdıyevin işini izlədi və klubumuz başa düşdü ki, bu mütəxəssislə uzunmüddətli layihə qurmaq olar. Berdıyevin adı və təcrübəsi rol oynadığından yekun müqavilə 2+1 sistemi ilə bağlanıb".

Qeyd edək ki, Q.Berdıyev Mahaçqala "Dinamo"sunun klub prezidentinin müşaviri vəzifəsində çalışırdı.

Tarix
2024.06.22 / 23:06
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Tokayevdən TDT ölkələri ilə bağlı qərar

Türkiyənin ilk astronavtı Bakıda

Ermənistandan gedən Qarabağ ermənilərinin sayı açıqlandı

Azərbaycan bu problemlərin həllində fəal rol oynayacaq

Bayramov Papuaşvili ilə nələri müzakirə etdi?

İranı silkələyən azərbaycanlı: Onu seçkiyə niyə buraxdılar?

Obrayenin gəlişi ərəfəsində Bakının bu addımı…

Bayramov Kobaxidze ilə görüşdü

Zakir Həsənov Macarıstana səfər etdi

Onların rahat səs verməsi üçün... – MSK sədri

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla