Seçkilərin ilkin rəsmi nəticəsi - Pezeşkian irəlidədir
03:14
Ana səhifə İdman |
Türkiyə yığmasının üzvü Merih Dəmiral Almaniyada keçirilən Avropa çempionatının 1/8 finalının Avstriya millisi ilə matçında Bozqurd işarəsi göstərməsinə aydınlıq gətirib.
Axar.az xəbər verir ki, 26 yaşlı oyunçu daha əvvəl tribunalarda da belə bir əl hərəkətinin gördüyünü deyib.
“Türk olmaqdan qürur duyuram və bunu hər dəfə dilimə gətirməkdən çəkinmirəm. Qol sevincini də bu səbəbdən həmin əl işarəsi ilə qeyd etdim. Düşünürəm ki, hər şey normaldır. Azarkeşlərimiz bizimlə fəxr edir. İnşallah, alınsa, yenə bu cür sevinməyə davam edəcəyik”.
Qeyd edək ki, UEFA futbolçunun hərəkətinə görə araşdırmaya başlayıb. Yekun qərarın yaxın zamanda açıqlanacağı bildirilib.
Tarix
2024.07.03 / 16:45
|
Müəllif
Axar.az
|