Yuxarı

Bayrağımızı ucaltmaq istəyirdim, bacardım – Olimpiadaçı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sinqapurda keçirilən “SIMOC 2024” olimpiadasında iştirak edərək, riyaziyyat üzrə qızıl medal qazanıb, iyulun 25-də isə Vətənə qayıdan Namiq İsazadə yarışda Azərbaycanı təmsil edən 69 şagirddən biridir. 35 ölkədən 2200 şagirdin iştirakı ilə keçirilən bu nüfuzlu olimpiadada Azərbaycan təmsilçiləri ümumilikdə 2 qızıl, 10 gümüş, 17 bürünc medal qazanıb.

Axar.az-a danışan 16 yaşlı Namiq İsazadə bildirir ki, riyaziyyata marağı hələ 6-cı sinifdən yaranıb.

“6-cı sinifdən etibarən “Dəyanət” liseyində oxuyuram. Riyaziyyata marağım da o vaxtdan yaranıb. Bunu daha da gücləndirmək üçün olimpiadalara qatılmaq qərarına gəldim. İlk nəaliyyətimi 7-ci sinifdə oxuyarkən əldə eləmişəm. Həmin vaxt respublika fənn müsabiqəsində fizika fənnindən qızıl medalla mükafatlandırıldım. 8-ci sinifdə respublika fənn olimpiadasında bürünc, 9-cu sinifdə isə Naqif Nəbiyev adına müsabiqədə bürünc medal almışam”, - o bildirib.

“Singapore International Math Olympiad Challenge”dəki nəaliyyətinə gəlincə, o deyir ki, Azərbaycan bayrağını nüfuzlu yarışların qalibi kimi dalğalandırmaq onun uşaqlıq arzusu olub:

“Müsabiqədə Çin, Sinqapur, Malayziya, İndoneziya, Özbəkistan, Meksika, Monqolustan, Qırğızıstan, Türkiyədən olan rəqiblərlə qarşılaşdım. Olduqca çətin yarış idi. Çünki biliyiylə fərqlənən, üstün tədris metodikası olan ölkələrin təmsilçiləri ilə yarışırdıq. Qatıldığım müsabiqəyə həm oyun, həm də savaş kimi yanaşırdım. Hər kəsi məğlub edərək, qalibiyyəti Azərbaycanın adına yazmaq üçün var gücümlə döyüşdüm”.

O bildirib ki, ötən tədris ilində TR – YÖS imtahanında 24 min insanın içində dünya üzrə 5-ci yeri tutub:

“Bu, Azərbaycan üzrə 10-cu siniflərin ən yüksək nəticəsi idi”.

Tarix
2024.07.26 / 23:46
Müəllif
Aytac Araz
Digər xəbərlər

Moskvadan Bakıya uçmalı olan təyyarə 1 sutkadır gözləyir - Video

Şahbaz Şərif Hindistanın 5 qırıcısının məhvindən danışdı

Əliyev imtina etdi, Putinin vəziyyəti dəyişmək cəhdi...

Bu gün Bakıda İsrail və Türkiyə rəsmiləri danışıqlar aparacaq

Əliyev Moskvaya getməkdən imtina etdi və sübut etdi ki…

Fransadan Azərbaycana qarşı diplomatik hörmətsizlik

Fitso da Azərbaycan üzərindən Moskvaya uçacaq?

Ermənistanla sərhəddəki pozuntularla bağlı məlumat

Sahibə Qafarova BƏƏ prezidenti ilə görüşdü

İlham Əliyevin adından Lamın şərəfinə ziyafət verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla