Yuxarı

Rəşad Sadıqov "Osiyek"lə bərabərlikdən danışdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəşad Sadıqov "Osiyek"lə bərabərlikdən danışdı

İkinci yarıda meydanda üstün olan tərəf "Zirə" idi.

Axar.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Osiyek"lə (Xorvatiya) ilk oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"İlk hissədə rəqib standart vəziyyətlərdə daha çox təhlükə yaradırdı. Bununla belə, ilk yarıda bizim də fərqlənmək üçün bir neçə şansımız oldu. Müdafiədən çıxarkən top itkisinə yol verdik. Rəqib bu vəziyyətdən maksimum istifadə etdi və istədiyi qolu vurdu. İkinci yarıda meydanda üstün olan tərəf biz idik. Çalışırdıq ki, nəticəni öz xeyrimizə dəyişək. Lakin rəqib səviyyəli komanda olduğu üçün bu çətin idi. Əgər məğlub olsaydıq belə, cütün taleyi Bakıda həll olunacaq. Bizi 1 həftə sonra maraqlı oyun gözləyir", - R.Sadıqov bildirib.

Qeyd edək ki, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk görüşü çərçivəsində "Zirə" səfərdə Xorvatiyanın "Osiyek" klubu ilə heç-heçə edib - 1:1. Bu komandaları arasındakı cavab qarşılaşması avqustun 15-i "Dalğa Arena"da reallaşacaq.

Tarix
2024.08.09 / 01:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda bu xəstəliyə görə 7 milyon pul xərclənəcək

Azərbaycan bizə dəstək oldu, Ermənistan isə... - İran

Azərbaycanlı yazıçı Bakıdan deport olundu

Tehrandan sonuncu təyyarə Bakıya gəldi - Müharibə başlayır?

Qara şəhər əvəzinə Ağ şəhəri görə bilərsiniz - Əliyev

SOCAR prezidentinin gürcü müşavirinə yüksək vəzifə verildi

İlham Əliyevlə Vuçiçin səmimi - Fotoları

Azərbaycan Ordusu başlamışdı: Rusiyada şok yaşanır - Video

Bakıda Liderlər Sammiti: kimlər iştirak etdi?

Prezidentdən WUF13 ilə bağlı - Videoçarx

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla