Yuxarı

Bakıda Liderlər Sammiti: kimlər iştirak etdi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda Liderlər Sammiti: kimlər iştirak etdi?

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində mayın 18-də Bakıda Liderlər Sammiti keçirilib.

Axar.az xəbər verir ki, tədbirdə Qırğızıstan Prezidenti Sadır Japarov, Keniya Prezidenti Uillyam Samoei Ruto, Serbiya Prezidenti Aleksandr Vuçiç, Bolqarıstan Prezidenti İliyana Yotova, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Qazaxıstanın Baş naziri Oljas Bektenov, Esvatini Kralı Əlahəzrət III Msvati, Mavriki Prezidenti Daramber Qoxul, Liviya Prezident Şurasının Sədri Məhəmməd Yunis əl-Mənfi, Çin Xalq Respublikası Dövlət Şurasının Baş nazirinin müavini Can Quoçini, Zimbabvenin vitse-prezidenti Konstantino Quveya Dominik Nyikadzino, Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri İqor Sergeyenko, Slovakiyanın Baş nazirinin müavini, ətraf mühit naziri Tomaş Taraba, Türkmənistan Prezidenti yanında Arkadağ şəhərinin Tikinti və Dövlət Komitəsinin sədri Dəryagəldi Orazov, Kambocanın Baş nazirinin müavini və torpaq idarəetmə, şəhərsalma və tikinti naziri Say Sam Al, Albaniyanın Baş nazirinin müavini Albana Koçiu, Ukrayna Baş nazirinin müavini Oleksiy Kuleba və Pakistanın Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərif çıxış ediblər.

Onlar Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının yüksək səviyyədə təşkilinə və göstərilən qonaqpərvərliyə görə Azərbaycan rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə edib, Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakının mühüm dialoq mərkəzinə çevrilməsini, eləcə də işğaldan azad olunmuş ərazilərdə qısa müddətdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərini yüksək qiymətləndiriblər. Çıxışçılar WUF13-ün şəhərsalma sahəsində mövcud olan problemlərin müzakirəsi və yeni ideyaların irəli sürülməsi baxımından mühüm platforma olduğunu vurğulayıb, bu tədbirin mühüm əhəmiyyətini qeyd ediblər.

Qeyd edək ki, mayın 17-22-də Birləşmiş Millətlər Təşkilatının ən nüfuzlu qlobal urbanizasiya platformalarından biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) Bakı şəhərində keçirilir. “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunan bu beynəlxalq tədbir BMT-nin Məskunlaşma Proqramı - UN-Habitat tərəfindən təşkil edilir və şəhərsalma, dayanıqlı inkişaf, inklüziv yaşayış mühiti kimi qlobal əhəmiyyətli məsələlərin müzakirəsi üçün mühüm platforma hesab olunur.

Tarix
2026.05.18 / 21:28
Müəllif
Axar.az
Digər xəbərlər

Səfirimiz etimadnaməsini Fernandesə təqdim etdi

Sabah Ermənistana propan və buğda göndəriləcək

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla