Yuxarı

Azərbaycan Ordusu başlamışdı: Rusiyada şok yaşanır - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan Ordusu başlamışdı: Rusiyada şok yaşanır - Video

Ukrayna müharibəsində FPV dronlarından geniş və intensiv istifadə olunması diqqət çəkir. Bu, pilotun birbaşa dronun kamerasından ətrafı canlı izləyib idarə etdiyi yüksək sürətli uçuş aparatıdır. Ukrayna ordusu demək olar ki, hər bir rus hərbçisini vurmaq üçün bir dron göndərir. Məlumata görə, hazırda Rusiya ordusunda bununla bağlı ciddi çaxnaşma yaşanır. Hərbçilər bu dronların qarşısını almağın mümkünsüz olduğunu bildirirlər.

Bəs belə dronlara qarşı hansı sistemlər yaradıla bilər?

Axar.az xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Turab Rzayev dronların və yüksək texnologiyalı silahların istifadəsinin dünya hərb tarixində yeni bir dövr yaratdığını bildirib.

“Bu sahədə ilk böyük nümunələrdən biri İkinci Qarabağ müharibəsi zamanı ortaya çıxdı. Azərbaycan Ordusunun 44 günlük müharibədə dronlardan effektiv istifadə etməsi dünyada böyük maraq doğurdu. Daha sonra Türkiyənin də müxtəlif əməliyyatlarda dronlardan istifadə etdiyini gördük.

Lakin Ukrayna savaşı dron müharibəsinə tamamilə yeni mərhələ əlavə etdi. Bu müharibədə Ukraynanın müxtəlif növ dronlardan istifadə etdiyi müşahidə olundu. Hətta bəzi mənbələrə görə, həlak olan rus əsgərlərinin böyük hissəsi məhz dronlarla vurulub. Dron operatorları döyüş meydanında hədəfləri müəyyən edib, zərbələr endirirlər.

Rusiya cavab olaraq İran istehsalı ucuz və effektiv dronlardan, “Şahid”lərdən geniş istifadə edir. Yaxın Şərqdə, xüsusilə İsrail–İran və ABŞ–İran qarşıdurmalarında da dronlar ön plana çıxdı”.

Politoloq qeyd edib ki, hər hücum sistemi yeni müdafiə texnologiyası yaradır:

“Dronların geniş yayılması da artıq dövlətləri antidron müdafiə sistemləri qurmağa məcbur edir. Ukrayna, Rusiya və İsrail bu sahədə yeni müdafiə texnologiyaları üzərində işləyirlər. Məsələn, Rusiya dronlara qarşı istifadə olunacaq kiçik ölçülü raket sistemləri istehsal etdiyini açıqlayıb.

Bu gün dronlar yalnız hava deyil, dəniz müharibələrinin də bir hissəsinə çevrilir. Kiçik pilotsuz qayıqlar, sualtı dronlar və hətta dron minalar haqqında məlumatlar yayılır. Xüsusilə İran kimi ölkələrin bu texnologiyalar üzərində çalışdığı iddia olunur”.

T.Rzayev qeyd edib ki, dron texnologiyası müharibələrin taleyində mühüm rol oynayır və gələcəkdə də oynamağa davam edəcək:

“Amma zaman keçdikcə dronlara qarşı müdafiə sistemləri də inkişaf edir. Buna görə də gələcəkdə müharibələrin yalnız dronlarla aparılması ehtimalı zəif görünür. Daha çox ehtimal olunan ssenari budur ki, dronlar artilleriya, tank, aviasiya, raket sistemləri və digər hərbi texnologiyalar kimi müharibənin əsas elementlərindən birinə çevriləcək”.

Tarix
2026.05.18 / 21:36
Müəllif
Axar.az
Digər xəbərlər

Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı Konqresə müraciət

Ukraynalı deputatlar AŞPA-da Azərbaycan üçün savaşdı

Bakı İrəvana yeni şərt irəli sürüb? – Qəhrəmanyan

4 xəstəxananın direktoru işdən çıxarıldı

Pakistan MMU-nun nümayəndə heyəti HDQ-ni ziyarət etdi

Əli Əsədov Numan Qurtulmuşla görüşdü

ADY Çində Azərbaycanın bu imkanlarını təqdim edir - Foto

İraq lideri İlham Əliyevə məktub ünvanladı

İlham Əliyev Qalibafa Bakının bəyanatını xatırlatdı

Fransanın bu cavablarını qətiyyətlə rədd edirik - XİN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla