Yuxarı

Güləşçilərimiz ümidləri doğrultmadılar - Vitse-prezident

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güləşçilərimiz ümidləri doğrultmadılar - Vitse-prezident

Ümid edirəm ki, yeddi medalımız olacaq. Güləşçimizin sabah uğur qazanacağına inanıram.

Axar.az xəbər verir ki, bu sözləri Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə Paris-2024 Yay Olimpiya Oyunlarında qazanılan nəticələri şərh edərkən deyib.

O, Tokio olimpiadasındakı medal sayının təkrarlanacağına inandığını bildirib: “Amma keyfiyyətə görə bu dəfə daha yaxşı nəticə qazandıq. Çünki iki qızıl medalımızı var”.

MOK-un vitse-prezidenti Paris olimpiadasında başqa uğurlara da imza atdıqlarını vurğulayıb: “Qadın basketbolçularımız yaxşı təsir bağışladılar. Gimnastlarımız finala çıxdılar, medala az qalmışdı. Atletimiz Anna Skidan da finala yüksəldi”.

Ç.Hüseynzadə Paris-2024-də idmançılardan daha yüksək nəticələr gözlədiklərini gizlətməyib:

“Güləşçilərimiz bir qədər ümidləri doğrultmadılar. Bu problemi yığmadakı nəsildəyişmə prosesi ilə əlaqələndirirəm. Yaş məsələsi də buna imkan vermədi. Ümid edirəm ki, yeni gənclər yetişəcəklər. Artıq onlardan uğurlu nəticələr gözləməyə dəyər”.

Qeyd edək ki, Azərbaycan Paris olimpiadasında hələlik 6 (2 qızıl, 2 gümüş, 2 bürünc) medal qazanıb.

Tarix
2024.08.11 / 00:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla