Yuxarı

"Zirə" Konfrans Liqasının pley-offunda!

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Zirə" Konfrans Liqasının pley-offunda!

19:52

UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək "Zirə" və "Osiyek"in (Xorvatiya) start heyətləri bəlli olub.

Axar.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar.

"Zirə": Tiaqo Silva, Qismət Alıyev, Ange Muntinsi, Ruan Renato, İssa Cibrilla, Pyer Zebli, İsmayıl İbrahimli, Junior Martines, Rafael Utzoq, Davit Volkov, Eldar Quliyev.

"Osiyek": Nikola Kavlina, Roko Yurisiç, Marko Soldo, Luka Yeleniç, Nail Omeroviç, Vedran Yuqoviç, Darko Neyasmiç, Petar Pusiç, Domaqoy Bukviç, Kemal Ademi, Anton Matkoviç.

Qeyd edək ki, bu gün “Liv Bona Dea Arena”da reallaşacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da start götürəcək. Səfərdəki görüşdə heç-heçə (1:1) qeydə alınıb.

***

"Zirə" - "Osiyek" matçı start götürdü.

***

Yuqoviç 37-ci dəqiqədə qonaqları hesabda önə keçirdi: 0-1.

***

Qismət Alıyev 55-ci dəqiqədə penalti zərbəsi ilə hesabda tarazlıq yaratdı: 1-1.

***

Matkoviç 81-ci dəqiqədə "Osiyek"i hesabda önə çıxardı: 1-2.

***

Volkov 90-cı dəqiqədə hesabı yenidən bərabərləşdirdi: 2-2.

***

"Zirə" - "Osiyek" qarşılaşması 2-2 hesabı ilə başa çatdı. İki görüşün nəticəsinə əsasən, hesab 3-3 olduğu üçün əlavə vaxt oynanılır.

***

Əlavə 30 dəqiqədə də tarazlıq pozulmadı, qalibi müəyyənləşdirmək üçün penalti zərbələri yerinə yetirilir.

***

"Zirə" "Osiyek"i penalti zərbələrində 2-1 məğlub etməklə pley-off mərhələsinə vəsiqə qazandı.

Tarix
2024.08.15 / 23:15
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident onları qəbul etdi - Foto

Zakir Həsənov Viktor Xreninlə görüşdü

Bu qanlı toqquşmaların coğrafiyası genişlənir...

Heç kimin qabağında baş əymirik və əyməyəcəyik!

Hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox!

Prezident: Bu, xalqımızın mentalitetinə ziddir!

1968-ci ildə məni ora Heydər Əliyev göndəribmiş - Şeyx

Bu yaddaş imkan verməyəcək ki, yenə də şirin sözlərə aldanaq!

Avropa Şurası faktiki olaraq işğalı dəstəkləyib...

Mehriban xanıma dedim, gəlin, şəkil çəkdirək və şeyxə göndərin

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla