Yuxarı

İrlandiya klubu ilə oyunda bəxtimiz gətirmədi - Renduliç

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Komandamız əlindən gələn hər şeyi etdi. Təəssüflər olsun ki, bu dəfə də alınmadı.

Axar.az xəbər verir ki, bu sözləri “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç UEFA Konfrans Liqasının III təsnifat mərhələsində İrlandiyanın “Sent Patriks Atletik” komandasına 0:1 hesabı ilə məğlub olduqları görüşdən sonra təşkil olunan mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis komandasının İrlandiya klubundan daha yaxşı çıxış etdiyini söyləyib:

"Çox çalışdıq, bəzi situasiyalarda rəqibdən üstün olduq. Lakin bəxtimiz gətirmədi. İlk oyunda olduğu kimi bu dəfə də qırmızı vərəqə aldıq. Belə turnirlərdə 10 nəfərlə mübarizə aparmaq çox çətindir. Məqsədimiz qrupda qalmaq idi, amma işlər istədiyimiz kimi getmədi".

Qeyd edək ki, ilk görüşdə də minimal üstünlüklə qalib gələn “Sent Patriks” adını pley-off mərhələsinə yazdırıb. “Sabah” isə avrokuboklarla vidalaşıb.

Tarix
2024.08.15 / 23:12
Müəllif
Axar.az
Digər xəbərlər

Rəsmi Bakıdan ABŞ səfirliyinin iddialarına cavab

Ordumuzun reytinqdə bir pillə geriləməyinə səbəb nədir?

ABŞ kəşfiyyatçılarını sərhədə gətiririk: Bu, intihardır - Abovyan

Yaşar Əliyev Quterreşlə görüşdü

Azərbaycanlı əsirin məcburi imzaladığı sənəd yayıldı

Müharibə olmasaydı, əraziləri qaytarmayacaqdıq - Mkrtçyan

ABŞ Ermənistana sərhəd mühafizə qrupu göndərir – Təcili

Bakının iki əsas tələbinə İrəvan razılıq verdi - Abramyan

Elin Süleymanov britaniyalı nazirlə görüşdü

Akkreditasiyadan keçən müşahidəçilərin sayı...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla