Yuxarı

Məmmədyarov gerilədi, Məmmədovdan sıçrayış

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

FİDE şahmatçıların oktyabr ayı üçün dünya reytinqini dərc edib.

Axar.az İdman.biz-ə istinadən xəbər verir ki, Azərbaycan şahmatçılarından ən yaxşı göstəriciyə Şəhriyar Məmmədyarov malikdir.

Bir pillə geriləyən qrosmeysterimiz 2733 xalla 18-ci pillədə qərarlaşıb. Teymur Rəcəbov (2700) 31-ci pillədə qalıb. 10 pillə irəliləyən Rauf Məmmədov (2643) 90-cı pillədə yer alıb. 2637 xalı olan Aydın Süleymanlı isə 100-cü yerə yüksəlib.

Cədvələ 2831 xalla norveçli Maqnus Karlsen başçılıq edib.

Qadınların cədvəlində təmsilçilərimizdən ən yaxşı göstəriciyə Günay Məmmədzadə imza atıb. O, bir pillə geriləyib və 2426 xalla 34-cüdür. 8 pillə irəliləyən Gövhər Beydullayeva (2402) 45-ci, bir addım irəliləyən Ülviyyə Fətəliyeva (2383) isə 67-ci pillələrdə qərarlaşıb. Xanım Balacayeva (2362) 21 pillə geriləyərək 83-cü olub.

Qadınların reytinq cədvəlinə çinli Yufan Hu başçılıq edir – 2633 xal.

Tarix
2024.10.01 / 01:49
Müəllif
Axar.az
Digər xəbərlər

İsrailin baş xəfiyyəsi: Qallant qovuldu, təbrik edirəm!

100-dən çox lider iştirak edəcək: Makron da Bakıya gəlir?

Səfirimiz Putinə təşəkkür etdi

Meksikalı nazirlər Azərbaycana gələcək

Bu komitənin kollegiya üzvlərinin sayı artırıldı

İrəvan Kremldən imtina edir: Bakı ilə birbaşa… - Erməni nazir

Dünyanın gözü Bakıda: bu liderlər çıxış edəcək

Bişkekdə İlham Əliyevə orden verildi - Foto

Əli Əsədov sammit iştirakçıları ilə görüşdü

Əliyevlə Paşinyan arasında faydalı söhbət... - Putin

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla