Yuxarı

Dünyanın gözü Bakıda: bu liderlər çıxış edəcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dünyanın gözü Bakıda: bu liderlər çıxış edəcək

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəf dövlətlərinin 50 prezidenti, 10 vitse-prezidenti, 20 hökumət başçısı və iki vəliəhd şahzadəsi noyabrın 12-dən 13-dək COP29 çərçivəsində Bakıda keçiriləcək Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitinin yüksək səviyyəli seqmentində rəsmi bəyanatlarla çıxış edəcəklər.

Axar.az xəbər verir ki, bu tarixlərdə dövlət və ya hökumət başçıları milli bəyanatlarla çıxış etməyən tərəflər, 19-20 noyabr tarixlərində keçiriləcək yüksək səviyyəli bərpa olunmuş seqmentdə bunu edə biləcəklər.

Sammitin ilk günündə Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev, Serbiya Prezidenti Aleksandr Vuçiç, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Özbəkistan Prezidenti Şövkət Mirziyayev, Polşa Prezidenti Andjey Duda, Qırğızıstan Prezidenti Sadır Japarov, Belarus Prezidenti Aleksandr Lukaşenko, Bolqarıstan Prezidenti Rumen Radev, Finlandiya Prezidenti Aleksandr Stubb, Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel, Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen və digərlərinin çıxışları gözlənilir.

Həmçinin İspaniya Baş naziri Pedro Sançes, Belçikanın Baş naziri Aleksandr De Kroo və Böyük Britaniyanın Baş naziri Keyr Starmer, Almaniyanın Kansleri Olaf Şolts və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi və Baş naziri Məhəmməd bin Salman bin Əbdüləziz əs-Səud bəyanatlarla çıxış edəcəklər.

Noyabrın 13-də dövlət və hökumət başçılarının çıxışları davam edəcək. Bosniya və Herseqovinanın Rəyasət Heyətinin sədri, Monqolustan Prezidenti, Braziliya, Tanzaniya və Anqolanın vitse-prezidentləri, Yunanıstan, Xorvatiya, Malta, İtaliya, Gürcüstan, Macarıstan, Albaniya, Pakistan, Rusiya, Niderland, Danimarka və digər ölkələrin Baş nazirləri çıxış edəcəklər.

Tarix
2024.11.05 / 16:32
Müəllif
Axar.az
Digər xəbərlər

İsa Həbibəyli iki xanıma yüksək vəzifə verdi - Foto

Prezident bu müəssisənin açılışından video paylaşdı

Ceyhun Bayramov Dima Yəhya ilə görüşdü

"Royan Məmmədov" necə vurulub, ölənlər kimlərdir?

Vurulan gəmidə azərbaycanlılar var idi - Zelenski

Azərbaycana qarşı kampaniya... - AKP-çi yazdı

Azərbaycanla bir millətik, amma bir dövlət deyilik! - Kılıç

Paşinyan Musayevə görə onu işdən qovdu

Estoniya XİN başçısı Azərbaycana gəlir

Məktəblərdə hicabı qadağan edən türk ölkələri - Siyahı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla