Yuxarı

Əli Əsədov sammit iştirakçıları ilə görüşdü

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 5-də COP29 çərçivəsində “Dünya dinləri yaşıl planet uğrunda” şüarı altında Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammitinin bir sıra iştirakçıları ilə ayrı-ayrı görüşlər keçirib.

Nazirlər Kabinetindən Axar.az-a verilən məlumata görə, Baş nazir Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin, Rusiya Federasiyasının və Misir Ərəb Respublikasının dini rəhbərlərindən ibarət nümayəndə heyətləri, həmçinin BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos və Vatikan Dinlərarası dialoq Dikasteriyasının Şərq kilsələri üzrə prefekti kardinal Klaudio Qucerotti ilə görüşüb.

Görüşlərdə yaşıl gündəliyin təşviqində dinlərarası dialoqun, milli-mədəni dəyərlərin və multikulturalizm ənənələrinin rolunun inkişaf etdirilməsinin, iqlim dəyişikliyi ilə mübarizədə dinlərin və inancların potensialından daha səmərəli istifadə edilməsinin vacibliyi qeyd olunub.

Bundan başqa dini liderlər arasında əməkdaşlığın həyata keçirilməsinin önəmi qeyd edilib, dünyanın daha yaşıl gələcəyə doğru inamla irəliləməsi üçün din xadimlərinin öz dəstəyini əsirgəməyəcəyinə ümidvarlıq ifadə olunub.

Tarix
2024.11.05 / 15:56
Müəllif
Axar.az
Digər xəbərlər

Meksikalı nazirlər Azərbaycana gələcək

Bu komitənin kollegiya üzvlərinin sayı artırıldı

İrəvan Kremldən imtina edir: Bakı ilə birbaşa… - Erməni nazir

Dünyanın gözü Bakıda: bu liderlər çıxış edəcək

Bişkekdə İlham Əliyevə orden verildi - Foto

Əliyevlə Paşinyan arasında faydalı söhbət... - Putin

Rəhman Mustafayev Putinlə görüşdü - Video

Prezidenti Qırğızıstanda belə qarşıladılar - Video

İrəvandan təzminat tələbi: Bakı 6 gün sonra...

Bakı ilə gərgin danışıqlar gedir, ancaq... - Ovannisyan

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla