Yuxarı

Gəncədə yolların təmirinə 10 milyon ayrıldı - Qalib şirkət...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin keçirdiyi tender müsabiqəsinə yekun vurulub.

Axar.az Valyuta.az-a istinadla xəbər verir ki, tender Gəncə şəhərində yolların əsaslı təmiri işlərinin satınalınması ilə bağlıdır. Tenderin qalibi Gəncə Körpü Tikinti-2 Açıq Səhmdar Cəmiyyəti olub. Qalib şirkətlə qurum arasında 9 milyon 847 min 742 manatlıq müqavilə imzalanacaq.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, Gəncə Körpü Tikinti-2 ASC 11 iyul 2007-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 143 min 104 manat olan şirkətin qanuni təmsilçisi Zeynallı Məhərrəm Aslan oğludur.

Açıq mənbələrdə ASC barəsində hər hansı məlumat yoxdur. Baxmayaraq ki, Gəncə Körpü Tikinti-2 ASC vaxtaşırı milyonluq tenderlərin qalibi olur. ASC-nin qalib gəldiyi tenderlər əsasən Gəncə Şəhər İcra Hakimiyyəti və ona tabeli qurumlara aid olur.

2021-2022-ci illərdə Gəncə Şəhər İcra Hakimiyyəti və ona tabeli qurumlarla Gəncə Körpü Tikinti-2 ASC arasında maliyyə dəyəri 10 668 797.01 AZN təşkil edən 3 satınalma müqaviləsi imzalanıb.

Tarix
2024.11.05 / 17:00
Müəllif
Axar.az
Digər xəbərlər

Meksikalı nazirlər Azərbaycana gələcək

Bu komitənin kollegiya üzvlərinin sayı artırıldı

İrəvan Kremldən imtina edir: Bakı ilə birbaşa… - Erməni nazir

Dünyanın gözü Bakıda: bu liderlər çıxış edəcək

Bişkekdə İlham Əliyevə orden verildi - Foto

Əli Əsədov sammit iştirakçıları ilə görüşdü

Əliyevlə Paşinyan arasında faydalı söhbət... - Putin

Rəhman Mustafayev Putinlə görüşdü - Video

Prezidenti Qırğızıstanda belə qarşıladılar - Video

İrəvandan təzminat tələbi: Bakı 6 gün sonra...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla