Yuxarı

Uşaq evlərində yoxlama: 41 nəfər cəzalandırıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu ilin avqust ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin hüquqi idarəetməsinə verilən Uşaq evi sosial xidmət müəssisələrində müasir standartlara uyğun sosial xidmətin təşkili istiqamətində işlər həyata keçirilir.

Bu barədə Axar.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu çərçivədə sözügedən müəssisələrdə keyfiyyətli sosial xidmət prinsiplərinin tətbiqi, eləcə də, neqativ halların qarşısının alınması, müəssisələrin sakinlərinin lazımi sosial xidmətlərlə təmini istiqamətində islahat tədbirləri görülür.

Agentlik tərəfindən həmin uşaq evlərində mövcud xidmətin keyfiyyətinin yoxlanılması və neqativ halların üzə çıxarılaraq aradan qaldırılması üçün xüsusi monitorinq tədbirləri həyata keçirilib.

Həmin monitorinq tədbirlərinin nəticəsi olaraq, 2, 3, 4 və 6 saylı Uşaq Evi sosial xidmət müəssisələrində və 1 saylı ailə tipli kiçik qrup evi sosial xidmət müəssisəsində bəzi əməkdaşların fəaliyyətlərində qeyri-peşəkar yanaşma müşahidə edilməsi, uşaqlara qarşı etinasızlıq, zorakılıq hallarının baş verməsinə şərait yaradılması, nizam-intizam qaydalarına riayət edilməsinə, sosial-psixoloji işin düzgün qurulmasına nəzarət edilməməsi, sanitar-gigiyena qaydalarına riayət olunmaması, sənədləşmə işinin düzgün aparılmaması və s. hallar aşkar edilib.

Bütün bunlar nəzərə alınaraq və müəssisə sakinlərinin mənafeyi əsas götürülərək sözügedən müəssisələrin ümumilikdə 41 əməkdaşı barəsində intizam tənbehi və xəbərdarlıq tədbirləri həyata keçirilib. Belə ki, onlardan 33 nəfərinə töhmət və şiddətli töhmət verilib, 8 əməkdaşa yazılı xəbərdarlıq olunub. Bununla yanaşı 7 əməkdaşla müqavilə müddətinin uzadılmaması qərarı ilə onların əmək müqavilələrinə xitam verilib.

Agentlik tərəfindən Uşaq evi sosial xidmət müəssisələrində müasir standartların tətbiqi və uşaqların qayğı mühiti ilə əhatə olunmaları üçün lazımi tədbirlər davam etdirilir və proses davamlı həyata keçiriləcək.

Tarix
2024.11.05 / 15:50
Müəllif
Axar.az
Digər xəbərlər

Meksikalı nazirlər Azərbaycana gələcək

Bu komitənin kollegiya üzvlərinin sayı artırıldı

İrəvan Kremldən imtina edir: Bakı ilə birbaşa… - Erməni nazir

Dünyanın gözü Bakıda: bu liderlər çıxış edəcək

Bişkekdə İlham Əliyevə orden verildi - Foto

Əli Əsədov sammit iştirakçıları ilə görüşdü

Əliyevlə Paşinyan arasında faydalı söhbət... - Putin

Rəhman Mustafayev Putinlə görüşdü - Video

Prezidenti Qırğızıstanda belə qarşıladılar - Video

İrəvandan təzminat tələbi: Bakı 6 gün sonra...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla