Kobaxidze: Seçkilərdə saxtakarlıq olmayıb!
00:15
Ana səhifə İdman |
Monteneqronun paytaxtı Podqoritsada təlim-məşq toplanışında olan 18 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoxlama görüşündə qalib gəlib.
Axar.az xəbər verir ki, Monteneqronun müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan U-18 2:1 hesablı qələbəyə sevinib.
Komandamızın heyətində qolları 5-ci dəqiqədə Emin Feyzullayev və 56-cı dəqiqədə Rəşad Alışov vurublar.
Qeyd edək ki, komandalar arasında oktyabrın 29-da keçirilən ilk oyunda Monteneqro yığması 2:0 hesablı qələbə qazanıb.
Tarix
2024.10.31 / 18:32
|
Müəllif
Axar.az
|