Yuxarı

"Qarabağ" "Budyo-Qlimt"i məğlub etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Qarabağ" "Budyo-Qlimt"i məğlub etdi

20:57

UEFA Avropa Liqasının əsas mərhələsinin IV turu çərçivəsində bu gün Norveçdə üz-üzə gələcək “Budyo-Qlimt” və "Qarabağ" komandalarının start heyətləri bəlli olub.

Axar.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Budyo-Qlimt”: Nikita Haikin, Villads Nilsen, Fredrik Şyövold, Odin Byörtuft, Fredrik Byörkan, Patrik Berq, Xokon Evyen, Ulrik Saltnes, Yens Petter Hauq, Auqust Mikkelsen, Filip Sinkernagel

Baş məşqçi: Hyetil Knutsen

“Qarabağ”: Mateuş Koxalski, Bədavi Hüseynov, Kevin Medina, Abbas Hüseynov, Patrik Andrade, Marko Yankoviç, Yassin Benzia, Abdullah Zubir, Emanuel Addai, Aleksey Kaşuk, Olavio Juninyo.

Baş məşqçi: Qurban Qurbanov.

Qeyd edək ki, “Aspmüra” stadionunda keçiriləcək “Budyo-Qlimt” – “Qarabağ” qarşılaşması Bakı vaxtı ilə saat 21:45-də start götürəcək.

***

“Budyo-Qlimt” və "Qarabağ" matçı start götürüb.

***

Matçda hesab açılıb.

Bude şəhərindəki "Aspmira" stadionunda Ağdam təmsilçisi hesabı açıb.

21-ci dəqiqədə Toral Bayramov baxımlı zərbə ilə adını tabloya yazdırıb.

***

41-ci dəqiqədə “Budyo-Qlimt”in oyunçusu Patrik Berq bərabərlik qolunun müəllifi olub.

***

Zubir 69-cu dəqiqədə "Qarabağ"ın ikinci qolunu vurdu: 1-2.

***

"Qarabağ" Norveç təmsilçisini 2-1 məğlub edərək liqada ilk üç xalını qazandı.

Tarix
2024.11.07 / 23:40
Müəllif
Axar.az
Digər xəbərlər

Samir Oruc vəzifəsindən ayrıldı

Zərifə Əliyevanın vəfatından 41 il ötür

Bu ölkə Azərbaycana başsağlığı verdi

Əmirbəyov Brodski ilə təhlükəsizliyi müzakirə etdi

Ceyhun Bayramov Mixail Qaluzinlə görüşdü

Bakıda qadınlarla bağlı mühüm konfrans keçirildi

Simonyan Qafarova ilə İstanbulda görüşəcək

Bakının Avropadakı dostu getdi: unutmayacağıq - Video

Prezident üç səfiri qəbul etdi - Foto

Zərifə xanım haqlı olaraq hesab edirdi ki... - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla