Yuxarı

“Qarabağ” rəsmən təsdiqlədi: "Sevilya"dan təklif gəlib!

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ” rəsmən təsdiqlədi: "Sevilya"dan təklif gəlib!

“Qarabağ” hücumçusu Olavio Juninyo ilə “Sevilya” klubunun maraqlanması və bununla bağlı təklif göndərməsi barədə bu gün İspaniya mediasının yaydığı xəbərlərə münasibət bildirib.

Axar.az xəbər verir ki, Qol.az saytına açıqlamasında Ağdam klubunun direktoru Emrah Çelikel məlumatı təsdiqləyib.

O, “Sevilya”dan Juninyoyaya görə rəsmi təklif aldıqlarını söyləyib:

“Sevilya” kimi tarixi və böyük uğurları olan bir klubun futbolçumuza görə “Qarabağ”a müraciət etməsi həm klubumuza, həm də Azərbaycana olan hörmətin göstəricisidir. İspan klubunun bu isti münasibəti bizi yalnız məmnun edə bilər. Eyni zamanda onu da qeyd etməliyik ki, Juninyo da “Qarabağ” üçün vacib futbolçudur. Son illər komandamızın uğurlarında o, böyük pay sahibi olub”.

Emrah Çelikel “Sevilya” tərəfindən təklif olunan təzminat məbləği ilə bağlı da “Qarabağ”ın mövqeyini açıqlayıb:

“Əvvəla qış fasiləsi zamanı futbolçu tapmaq hər bir klub, o cümlədən bizim üçün çətin olur. “Sevilya” klubuna göndərdiyimiz rəsmi cavabda onlara futbolçumuza göstərdikləri maraqları üçün təşəkkürümüzü bildirməklə yanaşı qarşı tərəfdən təklif olunan məbləğin klubumuzun tələbinə cavab vermədiyini də qeyd etmişik”.

Xatırladaq ki, Juninyonun "Qarabağ"la müqaviləsi 2026-cı ilin yayında başa çatır. 28 yaşlı hücumçu Ağdam komandasına 2023-cü ilin yayında Portuqaliyanın "Çavez" klubundan transfer olunub.

Tarix
2024.12.17 / 23:35
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və Özbəkistan arasında münasibətlər... - Prezident

Azərbaycanın “C6” formatında iştirakı... - Prezident

Özbəkistanla ticarət dövriyəsi 3 dəfədən çox artıb - Prezident

İlham Əliyev Özbəkistan mətbuatına müsahibə verdi

Azərbaycanın kifayət qədər çətin qonşuları var - Norman

Ermənistana 11 vaqon buğda və 4 vaqon arpa göndərildi

İrəvan Vardanyana görə üçüncü ölkəyə müraciət etdi

Səfirimiz etimadnaməsinin surətini Riveraya təqdim etdi

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla