Yuxarı

DSX əməkdaşı və ona hücum edən idmançılarla bağlı qərar

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yanvar ayının 5-də DSX mayoru, kikboksinq üzrə əməkdar məşqçi və əməkdar idman ustası Fuad Zeynalova hücum edənlər haqqında Azərbaycan Kikboksinq Federasiyasının bu gün keçirilən iclasında qərar qəbul olunub.

Axar.az xəbər verir ki, bu barədə Oxu.az-a açıqlamasında Azərbaycan Kikboksinq Federasiyasının prezidenti Orxan Əliyev məlumat verib.

"Qərara əsasən, Ramal Aslanov federasiyada tutduğu vəzifədən öz ərizəsi ilə azad olunur.

Azərbaycan Kikboksinq Federasiyasının nəzdində fəaliyyət göstərən, Elnur Həmidovun direktoru və baş məşqçisi olduğu "Dragon Fight Academy" idman klubunun lisenziyası ləğv olunur.

Fuad Zeynalovun Azərbaycan Kikboksinq Federasiyasının nəzdində məşqçi fəaliyyətinə xitam verilir.

Elşən Abdulrəhimov federasiyanın icraçı direktoru vəzifəsinə təyin olunur".

Qeyd edək ki, DSX mayoru, kikboksinq üzrə əməkdar məşqçi və əməkdar idman ustası Fuad Zeynalova hücum çəkməkdə şübhəli bilinən məşqçilər Elnur Həmidov, Emil Hümbətov, Elçin Hüseynov, Elvin Məmmədov və Musa Əhmədov saxlanılıblar. Daha sonra kikboksinq üzrə dünya və Avropa çempionu, Azərbaycan Kikboksinq Federasiyasının vitse-prezidenti Ramal Aslanov insidentin sifarişini verən şəxs kimi saxlanılıb.

Tarix
2025.01.07 / 17:14
Müəllif
Axar.az
Digər xəbərlər

İran generalından Azərbaycan mesajı

Azərbaycan gəmiləri İranın sifarişi ilə həbs edilib?

Əli Əsədov yeni qərar imzaladı

Azərbaycan və İran xalqları sıx tellərlə bir-birinə bağlıdır

Prezident Əli Əkbər Əhmədianı qəbul etdi

Bakının tələbinə İrəvandan qeyri-adekvat cavab

İmkan vardı ki, Qarabağda yaşayan ermənilər... – Mirzoyan

Azərbaycan gəmilərinin saxlanılmasının detallar

Mirzoyandan anklavlarla bağlı açıqlama: Razılaşmalar…

Prezident Maqdalena Qrononu qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla