Yuxarı

Tramp Ərdoğan haqda nələr dedi?..

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp Ərdoğan haqda nələr dedi?..

ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana heyranlığını ifadə edərək, onu dost və hörmət etdiyi insan adlandırıb.

Axar.az xəbər verir ki, o, bu barədə Floridadakı Mar-a-Laqo malikanəsində keçirdiyi mətbuat konfransında deyib.

“Prezident Ərdoğan mənim dostumdur. Sevdiyim və hörmət etdiyim şəxsdir. Düşünürəm ki, o da mənə hörmət edir”, - o bildirib.

Tramp qeyd edib ki, ilk prezidentliyi dövründə Suriyada İŞİD-i məğlub edib və ABŞ qoşunlarının əksəriyyətini oradan çıxarıb.

Təxminən 2000 ABŞ əsgərinin Suriyadan çıxarılması ilə bağlı suala Tramp belə cavab verib:

“Bunu sizə deməyəcəyəm, çünki bu, hərbi strategiyanın bir hissəsidir, ancaq Türkiyənin olduğunu söyləyəcəyəm. Amma Suriya ilə bağlı baş verənlərə baxın, Rusiya zəiflədi, İran zəiflədi. Və o (Prezident Ərdoğan - red.) çox ağıllı oğlandır, öz adamlarını ora müxtəlif formalarda, müxtəlif adlarla göndərdi, onlar da içəri girdilər və hakimiyyəti ələ keçirdilər”.

Tarix
2025.01.08 / 15:52
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İrəvan Bakıdan neft məhsulları alır, buna görə də... - Oqtay

Fuad Oqtay Azərbaycana gəldi

Müşfiq Abbasov bu sözlərinə görə həbs olunub? - Video

Vaşinqtonda təxribat törədənlər deport edilməlidir - Teys

Ukrayna irəliləyir: 8 kənd azad edildi, 1400 km-dəki zavod isə...

Baş nazirin müavini açıqladı: Ağbənd-Kəlalə körpüsü hazırdır

Azercell rabitə modelini gücləndirir

Diplomatik xidmət əməkdaşları ilə bağlı mühüm qərar

Azərbaycan-Gürcüstan münasibətləri müzakirə olundu

Müşfiq Abbasov həbs olundu - Baş Prokurorluq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla