Yuxarı

Ukraynanın bərpası 588 milyard dollara başa gələcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynanın bərpası 588 milyard dollara başa gələcək

Ukraynanın müharibədən sonrakı bərpası üçün tələb olunan vəsaitin 10 il ərzində təxminən 588 milyard dollar olacağı ehtimal edilir.

Axar.az xəbər verir ki, bu rəqəmlər Dünya Bankı, BMT, Avropa Komissiyası və Ukrayna hökumətinin birgə hazırladığı hesabatda öz əksini tapıb.

Qeyd olunub ki, 2025-ci il dekabrın 31-nə olan hesablamalara əsasən, ölkənin tam bərpası növbəti on il ərzində təqribən 588 milyard dollara başa gələcək. Hesabatda vurğulanır ki, bu göstərici Ukraynanın 2025-ci il üzrə nominal ümumi daxili məhsulunu (ÜDM) təxminən üç dəfə üstələyir.

Sahələr üzrə bölgüyə əsasən, nəqliyyat sektorunda bərpa işlərinə 96 milyard dollar, energetika sahəsinə 91 milyard dollara yaxın, mənzil fonduna təxminən 90 milyard dollar, ticarət və sənaye istiqamətlərinə 63 milyard dollardan artıq, kənd təsərrüfatına isə 55 milyard dollardan çox vəsait tələb olunur.

Sənəd müəllifləri bildiriblər ki, ərazilərin minalardan təmizlənməsi üçün 28 milyard dollara qədər maliyyə vəsaiti lazım ola bilər.

Tarix
2026.02.23 / 23:24
Müəllif
Axar.az
Digər xəbərlər

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

Şimali Koreya hərbçiləri cənub sərhədini keçdilər – Gərginlik

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla