Yuxarı

Müşfiq Abbasov bu sözlərinə görə həbs olunub? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müşfiq Abbasov bu sözlərinə görə həbs olunub? - Video

Tanınmış hüquqşünas, sabiq müstəntiq Müşfiq Abbasov bu gün 15 sutka həbs cəzası alıb. Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, o, İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) ittiham olunub.

Axar.az Bakupost.az-a istinadən xəbər verir ki, bu açıqlama sosial şəbəkələrdə Müşfiq Abbasovun son paylaşım və statuslarını gündəmə gətirib.

M.Abbasovun səhifəsində son görüntülü müsahibəsi 2 gün öncəyə aiddir. Musavat TV-yə müsahibəsində Azərbaycan cəmiyyətində müstəntiq, prokuror, hakim haqda “ədalətsiz” düşüncəsinin yaranmasının səbəblərinə toxunub. Qeyd edib ki, ədalətli hakim obrazını azərbaycanlılar ABŞ-dakı yaşlı hakimin qərarlardan əxz edirlər, çünki sosial şəbəkədə o çıxır qarşılarına. Azərbaycanda da ədalətli hakimlər, öz peşəsinə sədaqətli prokurorların olmasına diqqət çəkən M.Abbasov onların təbliğatının olmadığını vurğulayıb.

Daha sonra isə istintaq zamanı iki tərəfin olduğunu, bütün qərarların bir tərəf üçün ədalətli, digər tərəf üçün ədalətsiz olduğu qənaəti yaratdığını və buna görə də hakimlər, müstəntiqlər haqda yanlış rəy formalaşdığını bildirir.

Qeyd edək ki, M.Abbasovun bu açıqlamasında hansısa qanunları pozduğu təxmin edilmir.

Tarix
2026.02.23 / 22:57
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla