Yuxarı

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Səudiyyə Ərəbistanı Azərbaycanda humanitar minatəmizləmə işlərinə 3 milyon dollar ayırıb.

Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Salem Əl-Kahtani Bakıda "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransında bildirib.

"Səudiyyə Ərəbistanı həmçinin Azərbaycana ərazilərinin minalardan təmizlənməsi üçün maliyyə dəstəyi göstərərək əməkdaşlığını genişləndirir", - o qeyd edib.

O bildirib ki, bu dəstək mina risklərinin azaldılmasına, mülki əhali, xüsusən də qadınlar və uşaqlar üçün təhlükəsiz mühitin yaradılmasına, eləcə də ərazilərin bərpasına və keçmiş məcburi köçkünlərin qayıdışına dəstək göstərilməsinə yönəlib.

Öz növbəsində, Sloveniyanın birinci centlmeni, ITF-in Qəyyumlar Şurasının üzvü Aleş Musar bildirib ki, Azərbaycanın minalara qarşı mübarizə sahəsindəki təcrübəsi daha çox beynəlxalq tanınmaya və diqqətə layiqdir: "Əldə edilmiş nəticələr və bu təcrübədən çıxarıla biləcək dərslərlə daha yaxından tanış olmaq beynəlxalq ictimaiyyət üçün faydalı olardı".

BMT-nin Minalara qarşı Mübarizə Proqramının (UNMAS) rəhbəri Mark Konnelli öz növbəsində vurğulayıb ki, şəhər ərazilərinin minalardan təmizlənməsi kompleks və mərhələli yanaşma, eləcə də hökumətlər, donorlar, humanitar və texniki təşkilatlar arasında sıx koordinasiya tələb edir.

O qeyd edib ki, bu prosesdə təhlükəli ərazilər barədə məlumatların operativ mübadiləsinə imkan verən müasir informasiya sistemləri, xüsusən də IMSMA mühüm rol oynayır.

Tarix
2026.09.02 / 13:48
Müəllif
Axar.az
Digər xəbərlər

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

Tiktokda ödəniş sistemlərini təqlid edən saytlar aşkarlandı

DTX-nin saxladığı "Çevik" ləqəbli tiktoker həbs olundu

Razılaşma: Zəngəzurdan Naxçıvana keçid necə olacaq?

Hakan Fidan Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla