Yuxarı

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

Azərbaycan və Türkmənistan arasında viza rejiminin sadələşdirilməsi müzakirə edilib.

Bu barədə Axar.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Aşqabad şəhərində Azərbaycan və Türkmənistan xarici işlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib. Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Türkmənistan nümayəndə heyətinə isə Konsulluq xidmətləri idarəsinin rəhbəri Dövlətirat Muratov rəhbərlik edib.

Görüşdə Türkmənistanın Daxili İşlər Nazirliyinin, Miqrasiya xidmətinin, Baş Prokurorluğun rəsmiləri, həmçinin Azərbaycan Daxili İşlər Nazirliyinin rəsmisi, ölkəmizin Türkmənistandakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Konsulluq məsləhətləşmələri zamanı iki ölkə arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri mövzusunda fikir mübadiləsi aparılıb.

Nümayəndə heyətləri iki ölkə vətəndaşlarının hüquq və maraqlarının qorunması, o cümlədən tətbiq olunan viza rejimlərinin sadələşdirilməsi barədə müzakirələr aparıblar.

İki ölkə arasında daxili işlər, vətəndaşlıq, miqrasiya, ədliyyə, təhsil və digər vacib sahələr üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Danışıqların sonunda iki ölkənin nümayəndə heyətlərinin rəhbərləri tərəfindən görüşün protokolu imzalanıb və məsləhətləşmələrin sonrakı iclasının növbəti ildə Bakı şəhərində keçirilməsi barədə razılığa gəlinib.

Tarix
2026.09.02 / 17:08
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkə başçıları mətbuata bəyanatlarla çıxış etdilər

İran Ərəbistanı bu sözlərlə hədələdi – İnanılmaz

Məsələ dindirmi: Azərbaycanda nə baş verir? - Ağar

Keyfiyyətli təhsilə nail olmaq istəyiriksə... - Deputat

İlham Əliyevlə Hun Manet arasında geniş tərkibdə görüş...

Bakının bunda maraqları var - Rusiyadan baxış

Azərbaycan və Kambocanın birinci xanımları görüşdü

Nəsimi Musayevə görə Qriqoryan da işdən qovuldu

Quma bağlı mərkəzlər Azərbaycana qarşı hərəkətə keçdi

Azərbaycan-Kamboca sənədləri mübadilə olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla