Yuxarı

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul  etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 2-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisi Dmitri Şlapaçenkonu qəbul edib.

Axar.az xəbər verir ki, Dmitri Şlapaçenko etimadnaməsini dövlətimizin başçısına təqdim etdi.

Ölkəmizlə BMT arasında əlaqələrə toxunan Prezident İlham Əliyev Azərbaycanda COP29 və Ümumdünya Şəhərsalma Forumu kimi böyükmiqyaslı BMT tədbirlərinin keçirildiyini vurğuladı, bu il də BMT-nin Sivilizasiyalar Alyansı ilə birlikdə Mədəniyyətlərarası Dialoq Forumunun təşkil ediləcəyini dedi.

Azərbaycanın BMT-nin vacib tərəfdaşı olduğunu və "orta güc" dövləti kimi bu qurumun mötəbər tədbirlərinə ev sahibliyi etdiyini vurğulayan Dmitri Şlapaçenko bu xüsusda Bakıda COP və Ümumdünya Şəhərsalma Forumunun təşkil olunduğunu xatırladı. O, bu gün Bakıda "Şəhərlərin bərpası üçün humanitar minatəmizləmə: Təhlükəsiz yaşayış məskənləri üçün mükəmməllik standartlarının müəyyənləşdirilməsi" mövzusunda 4-cü Beynəlxalq Minatəmizləmə Konfransının keçirildiyini deyərək, ölkəmizdə BMT-nin İqlim Həftəsi tədbirinin də olacağını qeyd etdi.

Dmitri Şlapaçenko Azərbaycanın BMT-nin müvafiq qurumlarının fəaliyyətinə verdiyi dəstəyi yüksək qiymətləndirdi.

O, Azərbaycanın hazırda həyata keçirdiyi inkişaf proqramına BMT-nin də öz təcrübəsi ilə dəstək verməyə hazır olduğunu bildirdi, bu xüsusda Qarabağda və Şərqi Zəngəzurda postmünaqişə şəraitində aparılan böyükmiqyaslı işlərin vacibliyinə toxundu.

Minalar problemini qeyd edən Dmitri Şlapaçenko BMT-nin bu məsələdə Azərbaycana dəstək verməyə və təcrübəsini bölüşməyə hazır olduğunu dedi.

Dövlətimizin başçısı da işğaldan azad olunmuş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və quruculuq işlərindən danışdı, ölkəmizin üzləşdiyi mina probleminin miqyasını qeyd etdi. Prezident İlham Əliyev bunun bərpa-quruculuq işlərinə mane olmasına baxmayaraq, Azərbaycanın minatəmizləmə sahəsində də ardıcıl fəaliyyətini davam etdirdiyini vurğuladı.

Dmitri Şlapaçenko tezliklə Qarabağa səfər edəcəyini bildirdi, BMT Günü ilə əlaqədar Qarabağ Universitetində böyük bir tədbirin keçirilməsinin planlaşdırıldığını qeyd etdi.

Görüşdə Cənubi Qafqaz regionunda transsərhəd çayların ekoloji mühitinin yaxşılaşdırılması və bu sahədə monitorinqlərin aparılması, Xəzər dənizinin suyunun azalması kimi ekoloji məsələlər də müzakirə olundu.

Tarix
2026.09.02 / 14:27
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Şimali Makedoniya prezidentini təbrik etdi

"Quardian"dakı Azərbaycanla bağlı məqaləyə rəsmi reaksiya

Putin onları yola salan kimi bu ölkəyə getdi

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla