Yuxarı

Həftə ərzində az yatırsınızsa, bunu edin

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həftə ərzində az yatırsınızsa, bunu edin

Həftə ərzində yaranan yuxu çatışmazlığını həftəsonu kompensasiya etmək yüksək qan təzyiqi riskini azalda bilər.

Axar.az Milli.az-a istinadən xəbər verir ki, Koreya Universitetinin alimləri 7 il ərzində təxminən 41 min nəfərin məlumatlarını araşdırıblar. Tədqiqatın nəticələri Münhendə keçirilən Avropa Kardiologiya Cəmiyyətinin konfransında təqdim olunub.

Araşdırma nəticəsində həftəsonu əlavə yatmağın hipertoniya ehtimalının azalması ilə əlaqəli olduğu müəyyən edilib. Xüsusilə həftəsonu təxminən 2 saat əlavə yuxunun yüksək qan təzyiqi riskinin azalması ilə əlaqələndirildiyi bildirilib.

Fiziki cəhətdən hərəkətsiz iştirakçılarda isə daha nəzərəçarpan nəticə əldə olunub. Bu qrupda hipertoniya riski 6,9 faiz daha aşağı olub.

Alimlər müəyyən ediblər ki, əlavə 1 saat 27 dəqiqə yuxu yüksək qan təzyiqi ehtimalının 9 faiz azalması ilə əlaqəlidir. Lakin həftəsonu əlavə yuxunun 4 saatdan çox olması əksinə, hipertoniya riskinin artması ilə əlaqələndirilib.

Tədqiqat müəlliflərindən doktor Nawton Lee bildirib ki, yuxu çatışmazlığı orqanizmə əlavə stress yaradır, ürək və damarların daha çox işləməsinə və qan təzyiqinin yüksəlməsinə səbəb ola bilər. Onun sözlərinə görə, həftəsonu bir qədər çox yatmaq orqanizmə bərpa olunmaq imkanı verə bilər.

Mütəxəssislər bununla yanaşı, fiziki aktivliyin də yüksək təzyiqin qarşısının alınmasında mühüm rol oynadığını vurğulayırlar.

"British Journal of Sports Medicine" jurnalında dərc olunan başqa bir araşdırmada yüksək intensivlikli interval məşqləri, qaçış, velosiped sürmə və üzgüçülük kimi aerobik fəaliyyətlərin qan təzyiqinin aşağı salınmasına kömək etdiyi müəyyən edilib.

Tarix
2026.09.03 / 02:03
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

Qətər əmiri də Bakıya gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla