Yuxarı

Əliyev müasir, ziyalı insandır - Putin

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev müasir, ziyalı insandır - Putin

Ermənistan rəhbərliyi, baş nazirin özü Praqada müvafiq sənədi imzalayaraq Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıdı və həmin andan etibarən bizim bu məsələ ilə bağlı mövqeyimiz ikili xarakter aldı.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin deyib.

“Biz Azərbaycanın daxili işlərinə müdaxilə edə bilərikmi və ya etməliyikmi? Bütün Qərb ölkələri də Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyırdı. Ermənistan tərəfi bölgədə yaşayan erməni əhalinin hüquq və maraqlarının təmin olunacağına ümid edirdi. Prezident Əliyev həmin insanlara qarşı heç bir pis iş görməzdi. O, müasir, ziyalı insandır və onların maraqlarını 100 faiz təmin etməyə çalışardı. Lakin onlar yenə də orada qalmazdılar. Belə də oldu”, - Putin bildirib.

Ermənistanın KTMT ilə münasibətlərinə toxunan Rusiya Putin qeyd edib ki, Paşinyan KTMT-dən sərhədin müəyyən hissələrinin müdafiəsini gözləyirdi:

“Lakin KTMT üzvü olan ölkələr Ermənistanla Azərbaycan arasında delimitasiya və sərhəd razılaşmasının olmamasını qeyd ediblər. Azərbaycan hesab edir ki, sərhəd bir hissədən, Ermənistan isə digər hissədən keçir. Razılaşma haradadır? Heç nə yoxdur. Bəs bu münasibətləri necə qurmalıyıq? Həqiqətən də ekspert qiymətləndirməsi tələb edən bir çox məsələ var".

Tarix
2026.09.02 / 10:34
Müəllif
Aysel Baxşiyeva
Digər xəbərlər

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

Son bir ildə Ermənistana bu qədər yük daşınıb - Prezident

Azərbaycan və Litva arasında Birgə Bəyannamə imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla