Yuxarı

Vaşinqtonda təxribat törədənlər deport edilməlidir - Teys

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vaşinqtonda təxribat törədənlər deport edilməlidir - Teys

Keçmiş ABŞ Poçt İdarəsi binasının qarşısında qışqıran üç təxribatçı, açıq-aydın ABŞ hökumətini utandırmaq istəyən xarici kəşfiyyat orqanları tərəfindən cəlb edilən pulla ələ alınmış agentlərdir.

Axar.az xəbər verir ki, bunu Globalinfo.az-a amerikalı politoloq Piter M. Teys deyib.

Onun sözlərinə görə, bu üç aqressiv şəxs həbsxanaya salınmalıdır:

“Vaşinqtonda yerləşən dəbdəbəli "Waldorf Astoria" otelinin qarşısında qeydə alınan insidentdə yerli polis məmurunun ehtiyatlı hərəkətlərini və Azərbaycan prezidentinin təhlükəsizlik xidmətinin yüksək peşəkarlıqla hərəkət etdiyini görə bilərik.

Hadisəyə hərtərəfli nəzər saldıqda demək olar ki, Prezidentin təhlükəsizlik xidmətinin əməkdaşları ehtiyatlı davranmış, qabaqlayıcı tədbirlər görmüş və ən yüksək beynəlxalq standartlara uyğun hərəkət ediblər. Pensilvaniya prospektində qışqıran bu təxribatçılar ABŞ ərazisindən deportasiya edilməlidir”.

Qeyd edək ki, fevralın 19-da bir qrup şəxs Vaşinqtondakı "Waldorf Astoria" otelinin qarşısında təxribat xarakterli hərəkətlər edib. Hadisə Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri və Sülh Şurasının ilk iclasında iştirakı zamanı baş verib.

Prezidentin korteji otelə yaxınlaşarkən bir qrup şəxs mühafizə olunan əraziyə zorla daxil olmağa cəhd göstərib və Prezidentin kortejinə hücum etməyə çalışıblar.

Prezidentin Mühafizə Xidməti təxribatın qarşısını alıb.

Tarix
2026.02.23 / 20:34
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla