Yuxarı

Azərbaycan gəmilərinin saxlanılmasının detallar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Caspian Marine Services B.V.” şirkətinin Azərbaycandakı filialı gəmilərinin Eritreyanın ərazi sularında saxlanılmasına münasibət bildirib.

Filialdan Axar.az verilən açıqlamada deyilir ki, “CMS Pəhləvan”, “CMS İgid” və “CMS-3” gəmiləri sahibkarlıq fəaliyyəti çərçivəsində Əbu-Dabi limanına yola düşüb və müəyyən edilmiş marşrut üzrə səfərin Süveyş kanalından keçməklə həyata keçirilməsi nəzərdə tutulub.

"Gəmilərin riskli piratlıq qaynar nöqtələrdən keçməsi nəzərdə tutulduğu üçün təhlükəsizliyin təmin edilməsinə ehtiyac yaranıb, bu məqsədlə gəmilərin mühafizəsini təmin etmək sahəsində ixtisaslaşmış müvafiq şirkət ilə müqavilə bağlanılaraq, gəmilər hər bir gəmiyə 2 nəfər olmaqla, hərbiləşdirilmiş mühafizə qrupları ilə təmin edilib.

Noyabrın 7-də gəmilər Eritreyanın dəniz sahil xəttindən keçərkən hava şəraiti səbəbindən Eritreyanın ərazi sularına girməklə hərəkəti davam etdirmək qərarı verilib və gəmi kapitanları ərazi sularına daxil olmaqla bağlı məlumatın çatdırılması üçün Eritreyanın təhlükəsizlik və sahil mühafizəsi qurumları ilə VHF-16 beynəlxalq kanalı vasitəsilə əlaqə saxlanılmasına çalışıb, lakin cavab almayıb.

Noyabrın 7-si yerli vaxtla saat 10:06 radələrində gəmidən əldə edilmiş hesabata əsasən, hər üç gəminin 13°23'N, 042°39'E koordinatlarında Eritreya hərbi donanması xidməti tərəfindən saxlanıldığı məlum olmuşdur. Belə ki, Eritreya hərbi donanması xidmətinin tələblərinə uyğun olaraq, gəmilər hərəkət kursunu dəyişərək Eritreya hərbi donanmasının təyin etdiyi məntəqəyə gəlmişlər və lövbərə dayandıqdan sonra hərbi donanmanın nümayəndələri tərəfindən yoxlama prosesinə cəlb edilmişlər.

Qeyd edək ki, sözügedən gəmilərdə 18 Azərbaycan vətəndaşı və 6 əcnəbi vətəndaş olmaqla, ümumilikdə 24 nəfər mövcuddur.

Qeyd olunan məsələ ilə əlaqədar kapitanlar tərəfindən məlumat daxil olan kimi şirkətimiz tərəfindən elə həmin gün, 07.11.2024-cü il tarixdə Dövlət Dəniz və Liman Agentliyinə rəsmi qaydada müraciət edilmişdir. Daha sonra isə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə müvafiq qaydada müraciətlər olunmuş və məsələnin həlli ilə əlaqədar adı çəkilən qurumlar ilə sıx əməkdaşlıq çərçivəsində bütün işlər görülmüşdür.

Eyni zamanda qeyd edək ki, gəmilərin sığortalanmasını həyata keçirən sığorta şirkətinin səlahiyyətləri nümayəndələrinə və Böyük Britaniyanın müvafiq hüquq şirkətlərinə də müvafiq müraciətlər edilmiş və məsələnin həllinin tezləşdirilməsi üçün adı çəkilən təşkilatlar da əməkdaşlığa cəlb edilmişdir.

Aparılan danışıqların nəticəsi olaraq, Eritreya dövlətinin müvafiq qurumları ilə məsələnin həllinə nail olmaq üçün şirkətimiz tərəfindən səlahiyyətli nümayəndələr təyin edilmişdir və qeyd edək ki, hazırda yoxlamanın yekunlaşması və gəmilərin sərbəst buraxılması üçün müvafiq sənədləşmə prosesi tamamlanmaq üzrədir.

Qeyd edək ki, şirkətin səlahiyyətli nümayəndələri heyət üzvləri ilə daim sıx əlaqədədir və heyətin ərzaq təchizatı, eləcə də digər təchizat məsələlərində hər hansı problem mövcud deyil. Həmçinin heyət üzvlərinin öz yaxınları ilə vaxtaşırı əlaqə saxlaya bilməsi üçün bütün texniki imkanlar şirkət tərəfindən təmin edilmişdir", - açıqlamada bildirilib.

Tarix
2025.01.08 / 15:30
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin 2025 strategiyası: Bakı bu prosesin içindədir

Əhmədianın səfəri: Bakı və Ankara əleyhinə siyasət dəyişir?

Əliyevin mesajının şifrələri: 2025 üçün Zəngəzur...

Papikyan nələr yazıb: Bakını alacağıq, Naxçıvan, Cavax... – Video

Əhmədiandan Əliyevə: Ərazinizi azad etdiniz, çox sevindik!

Maqdalena Qrono Bakıdan İrəvana gedir

Ermənistanın bu hüquqdan danışması absurddur - Bakı

Bakı ilə AB arasında əməkdaşlıq müzakirəsi... - XİN

Ərdoğan İlham Əliyevə zəng etdi

Bakı-Kazan marşrutu üzrə bütün uçuşlar dayandırıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla