Yuxarı

Bakı aeroportunda yeni terminal inşa ediləcək

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı aeroportunda yeni terminal inşa ediləcək

Heydər Əliyev Beynəlxalq Aeroportunda uzunmüddətli perspektivdə əsas strateji həll yeni terminalın inşasıdır.

Axar.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Bakı Aeroportundan bildirilib.

Qeyd edilib ki, yaxın illər üçün əsas məqsəd hava limanının mövcud infrastrukturunun daha səmərəli istifadəsi və buraxılış qabiliyyətinin artırılmasıdır:

"Bu çərçivədə terminal daxilində proseslərin optimallaşdırılması, avtomatlaşdırma səviyyəsinin artırılması, sərhəd və təhlükəsizlik nəzarətində yeni texnoloji həllərin geniş tətbiqi, sərnişin axınının daha düzgün idarə olunması və pik saatların balanslaşdırılması nəzərdə tutulur. Eyni zamanda müəyyən infrastruktur genişləndirmələri və funksional dəyişikliklər hesabına mövcud terminalın faktiki buraxılış qabiliyyətinin artırılması planlaşdırılır".

Məlumata əsasən, yeni terminal inşa edildikdən sonra hava limanının ümumi buraxılış qabiliyyətinin daha yüksək səviyyəyə çatdırılması planlaşdırılır: "Beləliklə, yanaşma ikimərhələlidir: əvvəlcə mövcud resursların maksimum effektiv istifadəsi və optimallaşdırma yolu ilə həcmin artırılması, daha sonra isə yeni terminal binası hesabına uzunmüddətli və dayanıqlı inkişafın təmin edilməsi".

Xatırladaq ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda 2 terminal fəaliyyət göstərir. Terminallar beynəlxalq və yerli uçuşlarla səyahət edən bütün sərnişinlərə lazım olan bütün xidmətləri təqdim edir.

İl ərzində hava limanından 40 xarici aviaşirkət tərəfindən 75 beynəlxalq istiqamət üzrə reyslər yerinə yetirilib. Ən çox seçilən istiqamətlər İstanbul, Tiflis, Dubay, Ankara və Moskva olub.

Eyni zamanda Heydər Əliyev Beynəlxalq Aeroportu üzərindən tranzit daşınan sərnişinlərin sayı 974 mindən çox olub. Bu da 2024-cü ildə qeydə alınan 750 min göstərici ilə müqayisədə təxminən 30% artım deməkdir.

2025-ci ildə Bakı Aeroportunda 7,64 milyondan çox sərnişinə xidmət göstərilib.

Tarix
2026.02.23 / 18:29
Müəllif
Axar.az
Digər xəbərlər

Əliyevin Berlin səfəri Tiflisə yeni imkan yaradır

İrəvan və Tehran Araz üzərində ikinci körpünü tikir

İlham Əliyev Maldiv prezidentini təbrik etdi

Ukrayna Xəzərdə gəmimizi vurdu, ölü və yaralılar var - İran

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla