Onun ən böyük səhvi Putinlə danışmaması oldu - Kelloq
08:30
Ana səhifə Toplum |
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov vəzifəsindən azad edilib.
Axar.az Modern.az-a istinadla xəbər verir ki, o, vəzifədə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
Məlumatı Hüseyn Əsgərovun özü təsdiqləyib.
O bildirib ki, bundan sonra fəaliyyətini Bakı Dövlət Universitetində davam etdirəcək.
Hüseyn Abbas oğlu Əsgərov 1958-ci ildə Naxçıvanda anadan olub.
O, 2006-cı ildən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini vəzifəsində çalışırdı.
Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) digər müdir müavini Anar Məmmədov ötən ay vəzifəsindən azad olunub.
Tarix
2025.01.08 / 15:25
|
Müəllif
Axar.az
|