Yuxarı

Braziliya futbolunun əfsanəsi öldü

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Santos"un və Braziliya millisinin sabiq futbolçusu Antonio Lima 84 yaşında vəfat edib.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, Lima 16 yaşında “Juventus San-Paulo” ilə ilk peşəkar müqaviləsini imzalayıb. Üç il sonra o, bir çox kuboklar qazandığı "Santos"un oyunçusu olub.

Antonio Lima həm müdafiədə, həm də yarımmüdafiədə oynayan çoxyönlü futbolçu idi. Yunanıstan “Panatinaikos”u ilə görüşdə onun meydanda beş mövqe dəyişdiyi məlum olub.

O, “Santos”la iki dəfə Libertadores Kubokunu qazanıb. 1963-cü ildə “Boka Xuniors”la final matçında Lima qələbə qolunu vurub və komandası 3-2 hesabı ilə qalib gəlib (cavab görüşü “Santos”un 2-1 hesablı qələbəsi ilə başa çatıb).

O, həm də iki dəfə Qitələrarası Kubokun qalibi olub. 1962-ci il sentyabrın 19-da “Benfika”ya qarşı oyunda (3:2) qol vurub (ikinci görüşdə “Santos” 5:2 hesabı ilə qalib gəlib), bir il sonra isə “Milan”a (4:2) finalda qol vurub. Həmin final üç görüşdən ibarət idi: ilk oyunda italyanlar qalib gəlib (4:2), ikincidə “Santos” məğlubiyyətin əvəzini çıxıb, üçüncü həlledici görüş 1:0 hesabı ilə braziliyalıların xeyrinə başa çatıb.

Lima 1966-cı ildə İngiltərədə keçirilən Dünya Kubokunda iştirak edib və Braziliya yığması sensasiyalı şəkildə qrupdan çıxa bilməyib. Ümumilikdə Lima millinin heyətində 13 oyun keçirib və 4 qol vurub.

O, karyerasını həvəskarlardan ibarət Portuqaliyanın “Santista” komandasında başa vurub.

Lima "Santos"un heyətində 696 oyun keçirib və 65 qol vurub.

Tarix
2025.02.06 / 13:55
Müəllif
Axar.az
Digər xəbərlər

Baş nazir Milli Məclisdə hesabat verir

Milli Məclisin iclası başladı: Baş nazir hesabat verəcək

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Britaniya Azərbaycana ilk dəfə attaşe təyin etdi - Foto

Trampın xüsusi elçisi Moskvadan Bakıya gəldi - KİV

Putinin atəşkəs şərtləri: Ukrayna nələri itirəcək?

BMT İrəvanın Vardanyan iddiasını rədd etdi

Putin-Tramp danışıqlarında “görünməyən” şəxs...

İrəvan tələbləri qəbul etdi: amma hər şey bitmədi…

Bakı və İrəvanın razılaşması Trampın şüarı ilə şərh edildi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla