Yuxarı

SOCAR “Barselona”nın titul sponsoru olacaq?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR “Barselona”nın titul sponsoru olacaq?

“Barselona”nın prezidenti Xuan Laporta qısa fasilədən sonra növbəti dəfə Azərbaycanda səfərdədir. İspaniya nəhənginin rəhbəri daha əvvəl BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycana gəlmişdi.

Laportanın indiki səfərinin məqsədi tamam başqadır. Azərbaycanda “Barselona” futbol akademiyasının yaradılması planlaşdırılır ki, funksioner bununla bağlı sənədləri imzalayacaq.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, İspaniya nəhənginin prezidenti eyni zamanda maliyyə baxımından ciddi çətinliklər yaşayan “Barselona”nın sıxıntısına “dərman” olmaq üçün Bakıda bəzi işgüzar görüşlər keçirməyi planlaşdırır.

Xuan Laporta ölkəmizin ən azı bir nüfuzlu şirkəti ilə əməkdaşlıq etməyi hədəfləyir. O, artıq bu məsələdə müsbət siqnallar alıb.

“Barsa” rəhbəri Azərbaycan futbolu ilə qarşılıqlı əməkdaşlığın daimi və uzunmüddətli olması üçün çalışır. Eyni zamanda, o, Azərbaycanın nəhəng brendlərindən birinin “Barselona”nın titul sponsoru olmasına da etiraz etmir. Onun planı illik dəyəri ən azı 20-30 milyon avro olan müqaviləyə nail olmaqdır.

Xuan Laportanın əməkdaşlıq etmək istədiyi şirkətlərdən biri SOCAR-dır. Buna səbəb şirkətin futbol və idmana yatırdığı vəsaitlərdir. SOCAR hazırda “Qalatasaray”ın titul sponsorudur. Şirkət eyni zamanda UEFA ilə əməkdaşlığı ilə də Avropada tanınıb.

Tarix
2025.03.01 / 12:42
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla